YARAT Müasir İncəsənət Mərkəzi

2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təbliğ olunması ilə məşğuldur. YARAT Mərkəzi, “Friends of YARAT” platforması, ARTIM Layihə Məkanı, YARAT Studios və YAY Qalereyası YARAT Müasir İncəsənət Məkanın tərkib hissəsidir. Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn “YARAT” təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. “YARAT” yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən, müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır. “YARAT”-ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün imkan yaradır. 2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə məkanıdır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 m2) müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaqdır.

Keçirilmə məkanı

YARAT Müasir İncəsənət Mərkəzi

Ünvan
Bayıl qəsəbəsi, Milli Bayraq Meydanının yaxınlığı, E119, Bakı
Telefon
(+994 12) 505 14 14

Tədbirlər