Dr. Najaf Allahverdiyev - "Tərbiyə özümüzdən başlayır!!"

About event

Tərbiyə özümüzdən başlayır!

14:30 QEYDIYYAT.

Master-Klass proqramı:

* Tərbiyə, yoxsa özünü tərbiyə.

* Tərbiyə hansı yaşdan başlayır?

* Tərbiyənin "benzini"...

* Genlər ya mühit?

* Qartal niyə uçmur?

* Tərbiyədə üç-yeddi prinsipi.

* Şahı tərbiyə etmək mümkündürmü?

* Qulu necə yüksəldək?

* Vəzir bizdən çox bilirmi?

* Danlayaq, yoxsa danlamayaq?

* 14 önəmli prinsip!

* Diqqət: Şantaj!

 

İnsan həyatında müxtəlif bilgilər, öyrəniləcək müxtəlif sahələr vardır.

Bir qisim bilgilər vardır ki, zaman keçdikcə öz aktuallığını itirir.

Bununla yanaşı, elə bilgi sahələri də var ki, daima aktualdır və müasir dövrdə daha önəmli səciyyə daşıyırlar.

Bu səpkidən olan bilgi sahələrindən biri - uşaq tərbiyəsidir. 

Demək olar ki, əksər insanlara lazım olan bu bilgi nə məktəblərdə, nə də universitetlərdə tədris edilmir. Nəticədə bir çox valideynlər övladlarını kortəbii şəkildə tərbiyə edir.

Təbii ki, hər bir valideyn üçün onun övladının gələcəyi çox böyük önəm daşıyır.

Uşaqlar bizim gələcəyimizdir. Bir çox valideyn üçün bu sadəcə sloqan deyil, həyatının mənasıdır. 

Bəs uşaqlarla necə davranmalı, necə tərbiyə verməli, nə etməli, nə iş görməli?

Bu kimi suallara qismən cavab almaq istəyirsinizsə, Sizləri "KarnegiKlub"un təşkil etdiyi Master-Klass treninqinə dəvət edirik.

Master-Klass Dr. Nəcəf Allahverdiyev tərəfindən keçiriləcəkdir.

4 uşaq atası, iki nəvə babası, 25 illik həkimlik stajı və 5000-dən çox tələbəsi olan Dr. Nəcəf Allahverdiyev öz zəngin və maraqlı təcrübəsini Sizlərlə bölüşəcək, klassik və yeni tərbiyə üslubları və metodikalar haqqında məlumat verəcək, Sizinlə birlikdə  şantaj, ilk siqaret, danlamaq ya danlamamaq və s. bu kimi müxtəlif aktual keysləri müzakirə edəcəkdir.

 

Qiymət:

1 oktyabra qədər -  25 AZN

1-6 oktyabr ərzində -  30 AZN

7 oktyabr tədbir günü - 40 AZN

PREMİUM bilet - 50 AZN! Premiun biletə daxildir: ilk sırada yerlər və təlimdən sonra hər hansı bir gündə Dr. Nəcəf Allahverdiyevlə bir seans fərdi kouç.

 

QEYD: 6 oktyabr tarixində keçiriləcək "Bədən Dili və Şüuraltı" treninqində də iştirak edərsinizsə

1 oktyabr tarixə qədər hər iki təlimin qiyməti birlikdə - 40 AZN. 

1-5 oktyabr ərzində hər iki təlimin qiyməti - 50 AZN.

PREMİUM bilet isə, hər iki təlim üçün 80 AZN.

Age restrictions / Language

18+
Dr. Najaf Allahverdiyev - "Tərbiyə özümüzdən başlayır!!" Dr. Najaf Allahverdiyev - "Tərbiyə özümüzdən başlayır!!"