Baku International Bus Terminal Complex

Baku International Bus Terminal Complex

2005-ci ildə tikintisinə başlanan Bakı Beynəlxalq Avtovağzal Kompleksi 2009-cu ilin fevral ayından etibarən istifadəyə verilib. Avtovağzal ərazisi  232 490 m2yaxın ərazini əhatə edir.

BBAK-ın köməkçi sahəsində 50 000 m2 ərazini əhatə edən “Nəqliyyat Qovşağı” fəaliyyət göstərir. 2017-ci ilin mart ayından inşasına başlanan “Nəqliyyat Qovşağı” 2019-cu ilin aprel ayındaт sərnişinlərin ixtiyarına verilib.

Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib. 

Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.  

Ərazidə yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel və 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel” fəaliyyət göstərir.

BBAK fəaliyyətə başladığı gündən etibarən xidmət sahəsini və keyfiyyətini artırmağa və fəaliyyət istiqamətini genişləndirməyə çalışır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından həm şəhərlərarası, həm də beynəlxalq reyslərə bilet satışı mövcuddur.  Şəhərlərarası reyslərdə respublikanın bütün bölgələrinə, beynəlxalq reyslərdə isə Naxçıvan Muxtar Respublikası, Türkiyə, Rusiya Federasiyası, İran və Gürcüstanın müxtəlif şəhərlərinə avtobus reysləri fəaliyyət göstərir.

Bakı Beynəlxalq Avtovağzal  Kompleksindən yola düşən avtobuslar reys öncəsi texniki və tibbi müayinədən, eyni zamanda yuyucu məntəqədən keçirilir.

 

Baku, Azerbaijan, AZ1117 Sumgait highway 3 km