
85 il sonra

85 il sonra
Təsvir
6 sentyabr 1941-ci ildə Bakı Filarmoniyasında maestro Niyazi və bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin ilk konserti baş tutmuşdur.
85 il sonra, eyni tarixdə və eyni səhnədə ""Cəngi" və "Aypara" qruplarının keçmiş solisti, ölkəmizi müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi olaraq təmsil edən Arzu Həsənli etno-caz proqramı çərçivəsində müəllifi olduğu bəstələri bu janrın tanınmış musiqiçiləri ilə birlikdə təqdim edəcək.
Yubiley konsertində həmçinin Təbriz əsilli, hazırda İstanbulda yaşayan caz müğənnisi Sənəm Əbdüləzimzadə də iştirak edəcək. O, "Xarıbülbül" festivalındakı yaddaqalan çıxışı ilə dinləyicilərin rəğbətini qazanıb. Sənətçinin repertuarında həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri yer alır
Gecənin xüsusi qonağı tanınmış tarzən Şəhriyar İmanov olacaq.
Sizi Azərbaycan Dövlət Cazının 85 illiyinə həsr olunmuş möhtəşəm etno-caz konsertinə dəvət edir, bu əlamətdar günü birlikdə qeyd etməyə çağırırıq!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
