Event passed
  • Ələkbər Tağıyevin mahnılarından ibarət konsert Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək. Konsert proqramında Respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artistləri Brilliant Dadaşova, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Zaur Rzayev, Nəzakət Teymurova, Samir Cəfərov, Əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Fehruz Səxavət, Abbas Bağırov, Lalə Məmmədova, Firuzə İbadova, Nuriyyə Hüseynova, tanınmış müğənnilər Nadir Qafarzadə, İzzət Bağırov, Könül Kərimova, Elton Hüseynəliyev, Orxan Cəlil, Nigar Cəlilova, Günay İmamverdiyeva, Nurlan Əzizbəyli, Zamiq Hüseynov, Pərviz Qasımov, Nicat Cəfərzadə, Səbinə Ərəbli, Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Kamilə Nəbiyeva, Fuad Musayev, Ayşən Mehdiyeva, Rövşən Əziz, Səbinə Babayeva, Aqşin Abdullayev və Sərxan Bünyadzadə iştirak edəcəklər. Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.
Helpful info
Language:
Azərbaycanca
Event duration:
19:00 - 21:00 - Thu, 31 May
Venue

Heydar Aliyev Palace

Address
Bulbul avenue 35, Baku, Azerbaijan
Phone
(+994 12) 441 21 31