Alim Qasımov və onun qonaqları

Tədbir haqqında

İyunun 18-də Heydər Əliyev Sarayında "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçiriləcək. Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünya şöhrətli ifaçısı Daud Khan Sadozai, rəqs sənətinə verdiyi töhfəyə görə Kraliça II Elizabet tərəfindən Almaz Yubiley Medalı ilə təltif olunan Saşar Zarif  və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış edəcəklər.

Yaş məhdudiyyəti / Dil

6+
Alim Qasımov və onun qonaqları Alim Qasımov və onun qonaqları