AzeCON: Magicians Unite

Tədbir haqqında

Artıq 7-cisi keçirilən və minə yaxın ziyarətçisi olan AzeCON, Azərbaycanda ilk və tək Cosplay Konvensiyasıdır. Bu tədbir anime, manqa/komiks, kibersport və Yapon müasir mədəniyyəti ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyir. Beləcə, AzeCON Azərbaycanın müxtəlif regionlarından eyni maraq sahəsinə malik hər yaşda insanların fikir mübadiləsi apardığı tədbir halına gəlir. İştirakçılar sevdiyi oyun/film/animelərindəki sevimli personajlarının roluna bürünə bilirlər.

Konvensiyamızın tərkibində, anime, manqa, komiks, film, ədəbiyyat, oyunlarla bağlı təqdimat və satış stendləri, karaoke, rəqs meydançası, rəsm və əl işləri ilə əlaqəli “workshop”-lar, video klip çəkilişi,  xüsusən cosplay sənətçiləri üçün fotosessiyalar, mini rock konserti, Korean Pop rəqs şousu və hamının həyəcanla gözlədiyi “Cosplay Yarışması” var!

Bəs Cosplay Nədir?

Cosplay "costume" ve "play" sözlərinin birləşdirilməsi ilə əmələ gəlmiş, “kostyumlu səhnəcik/teatr” olaraq tərcümə olunur. Cürbəcür aksesuarlar və kostyumlar istifadə edərək, yapon cizgi filmləri olaraq bilinən anime, komiks, film, oyun, kitab və cosplay sənətçilərinin özlərinin yaratdığı personajları yamsıladığı kostyum və teatr sənətidir. AzeCON-un ən böyük hədəfi Azərbaycanlı Cosplay Sənətçilərini dünyaya tanıtmaq və beynəlxalq yarışmalarda ölkəmizi təmsil etmələridir.

Proqram

10:00 Yalnız cosplay edənlər məkana daxil ola biləcək və hazırlaşacaq
11:30 Qapılar hər kəs üçün açılacaq
13:00 Mini rəqs, rəsmi açılış mərasimi, stendlərin tanıdılması, oyunların açılması
13:30 Cosplay komanda müsabiqəsinin başlanması
15:00 Musiqili fasilə
15:30 Solo cosplay defile (müsabiqə)
16:15 Jürilərin seçimləri yekunlaşdırması üçün fasilə - rəqs şousu, mini rock konsert
16:35 JUST dance rəqs vaxtı
17:00 Qaliblərin elan edilməsi və mükafatlandırılması
17:30 Bağlanış mərasimi, mini Rock Konserti, Kpop Dance Show

Proqramla yanaşı siz aşağıdakı stendlərdə vaxt keçirə, müxtəlif anime, manqa, geek məhsulları əldə edə, oyunlar oynayıb hədiyyələr qazana bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

0+
AzeCON: Magicians Unite AzeCON: Magicians Unite