Большой Концерт Лауреатов Премии – Шансон 2021 года

Tədbir haqqında

“1 may Bakıda baş tutacaq “İlin Şansonu” mükafatı laureatlarının böyük konserti”


“Radio Şanson” Respublikamızın sakinlərini və qonaqlarını “İlin Şansonu” mükafatı laureatlarının böyük konsertinə dəvət edir.
Mixail Bublik, Tamara Qverditseli, İrina Kruq, Denis Maydanov, Aleksandr Marşal, Taisiya Povaliy, Alyona Petrovskaya və digər sənətçilər ən yaxşı ifalarını Mayın 1-i “Bakı Konqres Mərkəzi”- də keçiriləcək konsertdə təqdim edəcəklər. İştirak edəcək sənətçilərin sayı getdikcə artır!
Rusiyanın populyar radiostansiyası “Radio Şanson” ilk dəfədir ki, belə böyük miqyaslı konsert keçirir. “Öz 20 illiyimiz münasibəti ilə bizim dinləyicilərin ən çox sevdiyi mahnıları günəşli Azərbaycanın sakinləri ilə paylaşmaq istərdik. Hər il öz janrımızın ən yaxşısını seçmişik və bu il sizi onlarla tanış etmək istərdik. Biz əminik ki, bu mahnılar Azərbaycanlı dinləyicilərinin də qəlbində əks-səda tapacaq, çünki yaxşı mahnılar həmişə qəlbdən gəlir ” – deyə radio nümayəndələri bildirib.

Yaş məhdudiyyəti / Dil

6+
Большой Концерт Лауреатов Премии – Шансон 2021 года Большой Концерт Лауреатов Премии – Шансон 2021 года