

Calvin Harris
Təsvir
Dünya şöhrətli DJ, prodüser və bəstəkar Calvin Harris Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026-nın açılış gecəsinin əsas ulduzu olacaq və yarışın 10 illik yubileyi çərçivəsində 24 sentyabr 2026-cı il tarixində Bakıda çıxış edəcək.
Onun repertuarında Rihanna, The Weeknd, Frenk Ouşn, Miqos, Farrell Uilyams, Keyti Perri və Trevis Skott kimi ulduzlarla hazırlanmış dünya miqyaslı hitlər yer alır və bu, onun çıxışını hər yaşdan olan tamaşaçılar üçün xüsusi edir.
Bakıda keçiriləcək bu möhtəşəm çıxış yubiley ilinin əsas hadisələrindən biri kimi yadda qalacaq və azarkeşlərə dinamik, parlaq və yüksək səviyyəli əyləncə vəd edir.
Qaydalar
• Bu tədbir üçün biletlər QR bilet və ya fiziki bilet formatında əldə edilə bilər. Fiziki biletlər iTicket.AZ satış məntəqələrində təqdim olunur.
• QR biletlər tədbir günü aktivləşdirilir. Tədbirə giriş zamanı QR biletdən istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmağınız tələb olunur.
• Bu tədbir üçün alınmış biletlər dəyişdirilmir və geri qaytarılmır.
• Biletin nominal dəyərinə əlavə olaraq 10% xidmət haqqı tətbiq olunur.
• Tədbirə giriş zamanı bilet yalnız orijinal formatda təqdim edilməlidir. Biletin surəti, fotoşəkli, skan edilmiş və ya digər qeyri-orijinal nüsxələri ilə girişə icazə verilmir.
• Təşkilatçı tədbirin keçirilməsi qaydalarına uyğun olaraq giriş şərtlərində zəruri dəyişikliklər etmək hüququnu özündə saxlayır.
