Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin konserti

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

26 may tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA Simfonik Orkestrinin möhtəşəm konsert proqramı təqdim olunacaq. Gecənin dirijoru Azərbaycan Respublikasının Xalq artisti Ramiz Məlikaslanovdur.

Konsert proqramında dünya və Azərbaycan klassik musiqisinin seçilmiş inciləri səslənəcək. Tamaşaçılar Koroğlu Uvertürası, Wolfgang Amadeus Mozartın A-dur klarnet konsertini, Camille Saint-Saënsın “İntroduksiya və Rondo Kapriççiozo” əsərini, Fikrət Əmirovun “Azərbaycan elləri” kompozisiyasını, Johann Strauss IIun “Yarasa” operettasından Adele ariyasını, həmçinin Max BruchGeorges Bizetin məşhur əsərlərini dinləmək imkanı əldə edəcəklər.

Konsertdə solistlər Aysun Mahmudzadə, Kənan Məmmədzadə, Vaqif Qurbanov və Şəmistan Əliyev çıxış edəcəklər.

Klassik musiqi sevərləri yüksək peşəkarlıq, zəngin repertuar və unudulmaz səhnə atmosferi ilə seçilən musiqi axşamına dəvət edirik.

Yaş məhdudiyyəti / Dil

6+
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin konserti Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin konserti