Mahir qarmon ifaçısı, pedaqoq Nizami Əsgərovun yaradıcılığına həsr olunmuş musiqili bədii gecədə ön söz ilə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edəcək. Gecədə ifaçının sənət yoluna nəzər salınacaq, sənət dostları öz musiqi töhfələri ilə sənətkarı təbrik edəcəklər. Çıxış edirlər
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyev Əməkdar artist Gülüstan Əliyeva Əməkdar artist Təhmiraz Şirinov Əməkdar artist Əbülfət Oğuz Nisbət Sədrayeva Sədəf Budaqova Anar İlhamlı Sahil Məmmədov Natiq Əliyev