DJ Party

Tədbir haqqında

27 Aprel. Cümə günü səhnəyə əfsanəvi DJ Afrojack çıxacaq. “Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətli sənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb sevilməkdədir. Onun bəstələdiyi treklər sırasına Beyonce-un “Run The World (Girls)”, Madonnanın David Guetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbull-un birgə səsləndirdikləri “Give Me Everything” mahnıları daxildir. Bu ilin əvvəlindən etibarən bugünədək Afrojack Dirtcaps ilə birlikdə “Bad Company” trekini, yenidən David Guetta və Sia ilə birlikdə “Helium” trekini və həmçinin U2-nun “Get Out Of Your Own Way” mahnısının remiksini buraxıb. O, yaxın dostu David Guetta ilə sıx əməkdaşlığa davam edir. Bu il onlar “İbiza”-nı birlikdə ifa etməklə yanaşı birgə yeni trek və klip də buraxacaqlar. Afrojack-in qeyri-klassik janrda hazırladığı Madonnanın David Guetta ilə birgə ifa etdiyi “Revolver” mahnısının 2011-ci ildəki remiksi (“One Love Club” remiksi) ilin ən yaxşı remiksi adı altında “Grammy” mükafatına layiq görülüb. O, indiyədək ümumilikdə 4 dəfə mükafata yiyələnib. Digər üç mükafatı Leona Lewis-in “Collide” mahnısının remiksinə, Chris Brown-un “Look at Me Now” və Ne-Yo, Pitbull və Nayer-in birgə ifa etdiyi “Give Me Everything” mahnılarına yazdığı bəstələrə görə əldə edib. Bu yaxınlarda Afrojack yenidən “Wynn Las Vegas”-a qayıdacağı barədə açıqlama verib və məşhur DJ bu il bu məkanda əyləncə proqramı ilə ilboyu çıxış edəcək. 28 Aprel. Şənbə günü səhnəyə İsveçin dünyaya bəxş etdiyi ən məşhur sənətçilərdən və elektronik rəqs musiqisinin aparıcı şəxslərindən olan iki DJ çıxacaq. Əfsanəvi İsveç Mafia Evinin qurucu üzvlərindən olan Axwell və Sebastian Ingrossonun birlikdə təsis etdiyi Axwell Λ Ingrosso DJ qrupu onlara incəsənət fəaliyyətlərində yeni zirvələr qazandırıb. Əldə etdikləri çox sayda “Grammy” mükafatı, DJ Mag Top 100-lüyündəki uğurları və treklərinin ard-arda Billboard və Beatport-da ən çox dinlənənlər arasında yer alması bu möhtəşəm DJ cütlüyünə bütün dünyada böyük diqqət cəlb edib. “Coachella”, “V Festival” və “Electronic Daisy Carnival” kimi musiqi və əyləncə platformalarında daimi iştirakı və prestijli məkanlardan olan “Ushuaia Ibiza”-da yay mövsümündəki mütəmadi çıxışları isveçli DJ-lərin incəsənət fəaliyyətinin bu il də daha yüksək tempdə keçəcəyindən xəbər verməkdədir. 29 Aprel. Yarış həftəsonunun son gecəsi əfsanəvi DJ Martin Solveig səhnəyə çıxacaq. Builki Azərbaycan Qran Prisinin ardınca baş tutacaq Dua Lipanın konsert proqramından dərhal sonra F1 həvəskarlarını öz məşhur trekləri ilə səhərədək rəqsə sövq edəcək Paris əsilli sənətçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazana bilib. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir. Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi “Hello” mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan “Smash” mahnısı 4 ölkədə ən çox dinlənən trek adına yiyələnib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna “MDNA” albomunda yer alan 6 treki Solveig ilə birlikdə yenidən aranjman edib. Həmçinin Solveig 2012-ci ildəki dünya turunda pop musiqisinin kraliçasını müşayiət edib. Solveig 2015-ci ildə “Intoxicated” mahnısını buraxıb. Qısa müddət ərzində Böyük Britaniyada ilk 5-liyə daxil olan bu mahnı ardıcıl olaraq 24 həftə həmin cədvəldə qalıb və bu uğura görə fransız DJ Avropa üzrə platinum və qızıl mükafatlarına layiq görülüb. Bundan başqa, Solveig-in Tkay Maidza ilə birlikdə 2016-cı ildə buraxdığı “Do It Right” mahnısı Stuart Weitzman-ın 2016-cı ilin payız mövsümünə həsr etdiyi kampaniyanın saundtreki kimi istifadə olunmuşdu. Supermodel Gigi Hadid-in rol aldığı bu kampaniyanın rejissor işi hərtərəfli istedada malik James Franco-ya məxsusdur. O, Ina Wroldsen ilə birlikdə buraxdığı “Places” adlı mahnısı ilə yaradıcılığında yeni musiqi çalarlarını kəşf edib. Sənətçinin yaxın dostu supermodel Arizona Muse mahnının klipində rol alıb və “Places” treki BBC Radio 1-in himninə çevrilib. Qısa müdddət sonra Solveig Alma ilə birlikdə yaddaqalan ksilofon ritmləri, bassline, nəfəsli musiqi alətlərində səsləndirilən fanfar və melodik ritmə sahib “All Stars” adlı mahnısını buraxıb. Solveig çoxyönlü sənətçi kimi məşhurluq zirvəsini fəth etməkdədir. Bir neçə həftə əvvəl sənətçi ictimaiyyətə açıqlayaraq bildirib ki, 2018-ci ilin sonu işıq üzü görəcək yeni albomunun üzərində işlərə başlayıb.

Yaş məhdudiyyəti / Dil

2
DJ Party DJ Party