Bakıda Premier Art Management prodüser agentliyi tərəfindən Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan yeni jazz layihə “Baku Summer Jazz
Days” çərçivəsində Elçin Şirinov və Andras Des triosu konserti keçiriləcək.
Elçin Şirinov
Xüsusi musiqi təhsili almasa da, Vaqif Sadıqov, Aaron Goldberg, Kevin Hays, Jean
Michel Pilyc, Yakov Okun kimi caz pianoçulardan dərs almışdır. Onun musiqi
dünyagörüşünü genişləndirən Bill Evans, Herbie Hancock, Brad Mehldau kimi dahilərin
musiqisi olmuşdur .
Elçin, 2008-ci ildən etibabrən aktiv şəkildə konsert fəaliyyətlərinə başlamışdır. Şirinov öz
Triosu və Andrea Di Biase, Jon Scott, Dave Hamblett, Ben Street və Jeff Ballard kimi
tanınmış musiqiçilərlə birlikdə Almaniya, Polşa, Fransa, İspaniyada müxtəlif festivallarda
iştirak etmişdir.
Elçin Şirinov & András Dés Trio layihəsi dəfələrlə xaricdə ifa edilmişdir, albom
buraxılmışdır və nəhayət Bakıda premyerası olacaqdır.
András Dés – Zərb alətləri və Perkussiya
András Dés 2005-ci ildə Ferenc Liszt Musiqi Akademiyasının Caz Fakültəsini
bitirmişdir. Son illər ərzində Dés öz perkussiya dəstini hazırlamışdır: sağ əli ilə, o, zərb
alətçisi kimi, sol əli ilə isə bir perkussionist kimi ifa edir. Çoxsaylı caz qruplarının üzvü
olaraq, o, dünyanın hər yerini gəzib, Carnegie Hall, Covent Garden, Amsterdam
Konsertgebouw, Şam Opera Evi və Qüds Tiyatrosu kimi bir çox yerlərdə çıxış edib.
Bir perkussionist olaraq, o, 90-dan çox alboma öz imzasını atıb. Bir caz musiqiçisi kimi,
Miklos Lukacs, Palle Mikkelborg, Frank London, Charlie Mariano, Ferenc Snétberger,
Jack DeJohnette, Gerard Presencer, Eivind Aarset, Eric Truffaz və Chris Potter kimi
ifaçılar ilə işləmişdir. Üstəlik, atası, bəstəkar və saksafon oyunçusu László Dés ilə də çox
işləyib.
Márton Fenyvesi - Gitara
Márton Fenyvesi (1986) Macarıstanlı gitarist, improvizator, prodüser və səs
mühəndisidir. Klassik, caz və blues-rock gitara musiqi ənənəsini eksperimental texnika
və studiya texnologiyaları ilə birləşdirən, unikal üslüba sahib olan ifaçı kimi tanınır.
Fenyvesi öz yaradıcılığından başqa əlavə olaraq bir sıra pop-rock, latin və caz
albomlarına imzasını atmışdır.
Marton, magistratura dərəcəsi üzrə təhsilini 2014-cü ildə, Kopenhagendə, Avropa Jazz
Masters Programında almışdır.