Şair-publisist Dərviş Osman Əhmədoğlunun xatirə gecəsi

Tədbir haqqında

COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

 
Folklorşünas Dərviş Osman Əhmədoğlunun xatirəsinə həsr olunmuş ədəbi —bədii gecə.
 
12 Fevral 2022. saat 19.00 
 
Dərviş Osman Əhmədoğlu 1948-ci ildə Borçalı mahalının Dəmirçi Hasannı sancaqlığının Keşəli şenniyinnin el yaylağa uğurlananda köç arabasında doğulub. Babakişioğulları (Babakişilli) soyundandır. Dədəsi (Hacı Mahmud əfəndinin dərvişi) Cındır Osman- babası, atası- Dəmirçi Əhməddir. Şair, publisist, folklor tədqiqatçısı idi. “Borçalıda yanan ocaq” və " Mənim söz karvanım" adlı şeirlər kitabının yazarıdır. Borçalıda Aşıqlar Birliyinin sədri, “Dərviş” cəmiyyətinin qurucusu və başqanı idi. Tiflisdə nəşr olunan “Dədə Qorqud” dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin və Gürcüstan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordeni ilə təltif olunmuş ilk Türk şairidir idi. "Mən Borçalıda qaldım" kitabı  Dərviş Osmanın işıq üzü görməyən şeirlər kitabıdır. Dərviş Osman Əhmədoğlu 18 mart 2020 -ci ildə doğulub, boya-başa çatdığı Keşəli kəndində əbədiyyətə qovuşmuşdur.
--------------
1)Muxtar İmanov- açılış
2) Güllü Eldar Tomarlı, aparıcı, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri
Məhərrəm Qasımlı, Aşıqlar Birliyinin sədri, Əməkdar İncəsənət xadimi
3)Aşıq Ramin Qarayev
4) "Abşeron" saz ansamblı
5) Aşıq Pəri Məclisi- şairlər Səadət Buta, Pərvanə Zəngəzurlu, Südabə İrəvanlı
6) Rəhilə Bəndəliyeva və Arif Mehmandost
7) Nuriyyə Hüseynova, "Qorqud" ansamblı
8)Aşıq Solmaz Kosayeva, əməkdar mədəniyyət işçisi
9)Gözəl Kəlbəcərli
10)Gülarə Azaflı
11) Dədə Ələsgər Ocağı
12)Aşıq Qabil Faxralı
13)Sevil Xıdırova
14) Müxəmməs

Yaş məhdudiyyəti / Dil

6+
Şair-publisist Dərviş Osman Əhmədoğlunun xatirə gecəsi Şair-publisist Dərviş Osman Əhmədoğlunun xatirə gecəsi