Anadolu Atəşi

Tədbir haqqında

Əfsanəvi "Anadolu Atəşi" rəqs şousu Bakıda!

19 fevral 2023-cü il tarixində Baku CRYSTAL HALL səhnəsində əfsanəvi "Anadolu Atəşi" rəqs şousu!

Kollektiv öz şoularında solo nömrələri, kütləvi dramatik səhnələri, "canlanan" dekorasiyalar və qədim əfsanələrin oxunuşlarını birləşdirir.

2002-ci ildə qastrol səfərinə başlayan komanda bütün dünyanı gəzir. Şounu 45 ölkədə 106 milyondan çox tamaşaçı izləmişdi. Yeni Zelandiya, Cənubi Koreya, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Azor adaları, Meksika, Yaponiya, Çili, Çin bunlardan yalnız bir neçəsidir. " Anadolun atəşi " daim dünya miqyaslı hadisələrdə qonaq qismində iştirak edir. Bu Bəhreyndə Formula 1, Qətərdə Asiya Olimpiya Oyunları, 2008 Olimpiadası və Çində Asiya sivilizasiyalarının mədəni karnavalı, İstanbulda UEFA Kubokunun finalıdır. "Anadolu atəşinin təkamülü" və "Troy" proqramları ilə sənətçilər dünyanın ən nüfuzlu yerlərində: Nyu Yorkdakı Madison Square Garden və Münhen Olimpiya salonunda; üç dəfə Pekindəki xalq məclisləri evində və Paris Konqres Sarayında; qədim türk şəhəri olan Aspendos  amfiteatrında və Misir piramidaları yaxınlığında çıxış etmişdilər.

Türkiyənin "Anadolu Atəşi" rəqs ansamblı Ginnesin rekordlar kitabında iki dəfə qeyd olunub. Rəqsin ən sürətli ifası (dəqiqədə 241 pa) və ən böyük tamaşaçı (Türkiyənin Ereğli şəhərində 400 min tamaşaçı) sənətçilərin bu günə qədər qazandıqları uğurlardır.

Yaş məhdudiyyəti / Dil

6
Anadolu Atəşi Anadolu Atəşi