Gala Tango Night

Tədbir haqqında

Tango Dünya Çempionu 2019 Aqustina Pyacco Maksim Gerasimov, 30 Noyabr Nizami Kino Mərkəzində ən maraqlı Qala Tanqo Gecəsində çıxış etmək üçün tezliklə Bakıya gələcək.

ƏN YAXŞI #BİLETİ ƏLDƏ ETMƏK ÜÇÜN YALNIZ BİR HƏFTƏ!

Argentina musiqisi və rəqsi ürəyinizi açacaq!

Möhtəşəm Tanqo Qala-Şousu ilə Argentina mədəniyyətinin ruhunu duyacaqsınız.

Yerinizdə rahat əyləşin və ənənəvi tanqo, ecazkar musiqi və xalq rəqsini özündə birləşdirən mükəmməl performansdan zövq alın.

Tanınmış bandoneon ifaçısı Viktor Hüqo Villena və görkəmli gitaraçı Lautaro Tissera şounu açıq elan edəcək. Konsertin proqramına ənənəvi tanqoda inqilaba yol açaraq caz və klassik musiqinin elementlərini özündə ehtiva edən, yeni üslubu təqdim etmiş dünyaca məşhur argentinalı tanqo bəstəkarı və tərtibatçısı Astor Piazzollanın ehtiras dolu musiqisi də daxildir.

Gecədə Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Pyacco və Maksim Gerasimov, Xulio Saavedra və Tekla Gogriçiani, Iakof Şonski və Mariam Rossa, Çeçilia Akosta və Levan Gomelauri öz zərif əfsanəvi rəqslərini nümayiş etdirəcəklər.

Şou Argentina xalq musiqisinin və xüsusi qonaq qismində dəvət olunan yerli musiqiçilərin ifasında muğamın bir-birini tamamlayan sintezi ilə başa çatacaq.

Argentinanın Azərbaycandakı Səfirliyi və United Cultures -in The Landmark Baku, Bakı Metropoliteni, Nizami Kino Mərkəzi və Nizami Restaurant&Lounge – un təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, NESS Company, IN Tango Baku, Tango On, El Club de Tango, Badi Kuba və R&N-project Dance School in Baku, Macrobiosis Tango School-nun dəstəyi ilə Beynəlxalq Bakı Tanqo Festivalı 28 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.

 

Yaş məhdudiyyəti / Dil

Gala Tango Night Gala Tango Night