Haluk Levent: Sura üçün xeyriyyə konserti

Tədbir haqqında

22 yaşlı Azərbaycan Respublikasının vətəndaşı Sura Nadirova iki övlad anasıdır. Həyatını əvvəl və sonraya ayıran o xəbəri eşidən zaman Sura ikinci körpəsinin dünyaya gəlişinə hazırlaşırdı. Gənc xanımın analıq sevincini kədərə çevirən diaqnoz limfoma xərçəngi oldu. Şəfa tapmaq ümidi ilə o, ailəsi ilə birgə Türkiyəyə yola düşür. Ancaq ailənin məhdud maddi imkanları və müalicə üçün tələb olunan böyük məbləğ yaşam mübarizəsini mümkünsüz edir. Lakin Sura ümidini itirmir, və ailəsi Haluk Leventin fonduna müraciət edir.
Haluk Levent Türkiyənin ən məşhur rok ifaçılarından biri, bəstəkar və xeyriyyəçidir. Gənc ananın fəryadına dərhal diqqət yetirən tanınmış ifaçı, sıx konsert cədvəlinə baxmayaraq Bakıda xeyriyyə konsertinin təşkil olunması arzusunda olduğunu bildirdi. Halük Levent şəxsi Twitter hesabında qardaş millətə müraciət edərək birliyə və Suranın xilas olunması naminə hər kəsin dəstək olmasına çağırış etdi.
Böyük fərəh hissi ilə bildiririk ki, “iTicket.az”, “Nargis” Fondu, “A+A events” və “Elektra Events Hall” dəstəyi və ortaq təşkilatçılığı ilə 7 dekabr tarixində Bakıda Haluk Leventin solo konserti keçiriləcək! Biletlərin satışından əldə olunan bütün gəlir Sura Nadirovanın müalicə xərclərinin qarşılanmasına yönləndiriləcək. Qeyd edək ki, hal-hazırda gənc xanımın müalicəsi üçün tələb olunan məbləğ 400 000 Türk lirası təşkil edir (təqribi 117 000 AZN).

Başda Haluk Levent olmaqla, konsertin təşkilində tam təmənnasız şəkildə iştirak edən hər bir təşkilatçı komandaya dərin minnətdarlığımızı bildiririk!
Suranı birlikdə qurtaraq!

Yaş məhdudiyyəti / Dil

Haluk Levent: Sura üçün xeyriyyə konserti Haluk Levent: Sura üçün xeyriyyə konserti