Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

Tədbir haqqında

Avqustun 17-də dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək yubiley tədbiri “Yaşıl Teatr” Bakı Konsert Kompleksində olacaq.  

Tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov Dinarə Əliyeva, Elçin Əzizov, Emin, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstan Respublikasının Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, İtaliyalı tenor, dünya şöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiya Federasiyasının Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar çıxış edəcəklər. Yubiley gecəsində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənəcək.

Yaş məhdudiyyəti / Dil

6+
Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi