Səid Rüstəmovun mahnılarından ibarət konsert

Tədbir haqqında

Martın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkarı, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçiriləcək. Konsertdə Respublikanın Xalq artistləri Nəzakət Teymurova, Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Gülyanaq Məmmədova, Əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Almaz Orucova, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov və başqaları iştirak edəcəklər. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın biri-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılarını səsləndiriləcək. İfaçıları Əməkdar kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşaiyət edəcəklər.

Yaş məhdudiyyəti / Dil

6
Səid Rüstəmovun mahnılarından ibarət konsert Səid Rüstəmovun mahnılarından ibarət konsert