ABONEMENT (Noyabr)

Tədbir haqqında

05.11.2022  15:00

F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının XOR QRUPU

“Şuşa ili” çərçivəsində “Şuşaya qayıdış” adlı konsert

12.11.2022  15:00

Azərbaycan Dövlət Fortepiano Triosu

“Şuşa ili” çərçivəsidə görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert

19.11.2022  15:00

Azərbaycan Dövlət Simli Kvarteti

Azərbaycan  və xarici bəstəkarlarının əsərlərindən ibarət konsert

26.11.2022  15:00

“Cadenza”  orkestri

 

Ötən illər ərzində M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Filarmoniyanın nəzdində fəaliyyət göstərən kollektivlərin iştirakı ilə məktəblilər üçün abonement konsertlər təşkil olunurdu. Təşkil olunan konsertlər məktəblilər tərəfindən maraqla qarşılanırdı. Abonement konsertlərin keçirilməsi böyük əhəmiyyət kəsb edirdi. Təşkil olunan konsertlər müxtəlif mövzu və janrları əhətə etdiyi üçün gənc nəslin formalaşmasında, musiqi seçimində əvəzsiz rol oynayır.

  Lakin, 2010-cu ildə Kamera və Orqan Musiqisi Zalında əsaslı təmir və bərpa işlərinin başlanılması ilə əlaqədar olaraq abonement konsertlərin keçirilməsi dayandırılmışdır.

Uzun sürən fasilədən sonra, 2022-ci ilin noyabr ayından etibarən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlərə yenidən başlanılacaqdır. Əvvəlki illərdə abonement konsertlər sırf məktəblilər üçün nəzərdə tutulmuşdursa, bu ildən isə bu konsertlər daha geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulmuşdur.

Təşkil olunan abonement konsertlər hər həftənin şənbə günləri saat 15:00 M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcəkdir. Konsertlərdə iştirak etmək arzusunda olan tamaşaçılar şəhərimizin bilet kassalarından abonement konsertlər üçün nəzərdə tutulan biletləri əldə edə bilərlər. Qeyd etmək istəyirik ki, satılan abonement biletləri çox münasib qiymətədir. Bir dəfə alınan abonement bileti 1 ay ərzində təşkil olunan konsertlərə keçərlidir.

Yaş məhdudiyyəti / Dil

6+
ABONEMENT (Noyabr) ABONEMENT (Noyabr)