• Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi bədii gecə keçiriləcək.

       Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib. Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarımızın bəstələdiyi əsərlər səsləndiriləcək. Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Düşüncə”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Gözləyirəm”, “İlk xatirə” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.

       Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.

       Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Keçirilmə məkanı

Heydər Əliyev Sarayı

Ünvan
Bülbül prospekti 35, Bakı, Azərbaycan
Telefon
(+994 12) 498 84 67
Faydalı məlumat
Yaş həddi:
+6 yaşdan
Dil:
Azərbaycanca
Tədbirin davam etmə müddəti:
19:00 - 19:30 - Ç.a., 19 Fev