Total White

Tədbir haqqında

WHITE partilər — həmişə anşlaq, yaraşıqlı insanlar, meydançaların və şounun misilsiz tərtib edilməsi, ən yaxşı DJ-lər, yüngüllük, hürriyət, mükəmməl təmizlik parlaqlığı atmosferası deməkdir. 

Tədbirin əsas şərti – ciddi dress code-dur: bütün qonaqlar və iştirakçılar ağ geyimlərdə olmalıdır.

■ TOTAL WHITE – dünya şöhrətli DJ-ləri, heyrətamiz xüsusi efektləri, unudulmaz ab-havası olan, paytaxtda çoxdan gözlənilən white partidir. Xedlaynerlar: isveçli didcey OTTO KNOWS və Avropa və Asiyada artıq kifayyət qədər tanınmış DJ HEYDER. Bu yayın ən yaddaqalan tədbirini qaçırma!

■ Otto Knows – Stokholmda, İsveç house musiqi cəmiyyətini əhatə edən kütləvi enerji dalğası fonunda böyüyüb. Birinci populyarlığını 2010-ci ildə köhnə dostları Avicii və Oliver İngrosso ilə birlikdə “iTrack” trekini buraxdığı zaman əldə edir. Böyük sıçrayış 2012-ci ilin yaz fəslində baş verir. O vaxtlar Ottonun əcaib səslər yaratması ilə bağlı eksperimenti «Million Voices» adlı kütləvi hitin yazılmasına gətirib çıxardır. Trek qısa zamanda BBC

Radio 1`st playlist A-də yüksək mövqe tutur, UK Single Chart TOP-15 siyahısına daxil olur, Avstraliya, İrlandiya, Niderlandda qızıl, Belgiyada platinum sinqla çevrilir.

Hal-hazırda TOMORROWLAND, CREAMFIELDS, USHUAÏA IBIZA kimi dünya şöhrətli festivalların headliner-i olaraq, OTTO KNOWS çoxdan proqressiv house səhnəsinin mübahisəsiz ulduzuna çevrilib.

■ Heyder – Azərbaycanda anadan olub. Armin Van Buuren, Dash Berlin kimi DJ-lərin yaradıcılığından ilhamlanaraq, elektron musiqisini yaratmaq bacarıqlarını inkişaf etdirmək qərarına gəlir və 2014-cü ildə dostları ilə birlikdə yerli musiqi studiyasında çalışmağa başlayır. 2015-ci ildə HEYDER DJ-lik üzərində işləməyə başlayır və eyni ildə dünyanın ən populyar elektron rəqs musiqisi festivallarından biri olan EDC Mexiso 2016 festivalına dəvət alır. Onun remiskləri bir çox dünya şöhrətli DJ-lər tərəfndən dəstəklənir və demək olar ki, bütün böyük musiqi festivallarında, o cümlədən TOMORROWLAND, ULTRA MUSIC və s., səslənir.

BILLBOARD Amerika jurnalı HEYDER-in Charlie Puth-un "We don’t talk anymore” mahnısına yazdığı remiksini ən yaxşı remikslərin TOP-12 siyahısına əlavə edib.

2017-ci ildə HEYDER dünya şöhrətli STEF & BRUCK şirkəti ilə müqavilə imzalayıb. Onun sonuncu remiksləri UNIVERSAL MUSIC, WARNER MUSIC, ATLANTIC RECORDS, BIG BEATS, BMG və s. şirkətlərlə imzalanıb.

Yaş məhdudiyyəti / Dil

Total White Total White