Zəhər tuluğu

Tədbir haqqında

COVİD19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!

Tədbir 12 yaş üzərində tamaşaçılar üçün nəzərdə tutulub.

JANR: DRAM(KOMEDİYA)

 

Bıçaqlandıqdan sonra sağ qalan Adil, müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, “zəhərtuluğudur” – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş “həyatqadını” Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onun dünyaya gələcək körpənin xilaskarına çevirir. 

 

Rollarda:TalehYüzbəyov, LəmanMərrih,  ƏlixanRəcəbov, NəzakətHeydərova, CavidanNovruz, ZülfiyyəQurbanova, RasimCəfər, SəidəQuliyeva, Şabanİmkani, AnarAlmazov, TuralCəfər

Yaş məhdudiyyəti / Dil

12+
Zəhər tuluğu Zəhər tuluğu