• Əziz Oxucular! 

    İmtahanda iştirak etmək üçün sizə təqdim olunan login - sifarişinizin ID nömrəsi. Şifrə - biletinizin barkodunun ilk 5 rəqəmi.

    Bölmələr üzrə Sizlərə təqdim olunan 10 adda kitabdan ixtiyari 2 kitabı seçirsiniz. Müsabiqədə iştirak etmək üçün bilet əldə edirsiniz (Qiyməti 10 AZN). Bilet alarkən seçdiyiniz kitablar biletin üzərində göstərilir. Seçdiyiniz kitabları oxuyaraq, 14 Aprel 2019-ci il tarixində saat 11:00-da keçiriləcək "online" imtahana qatılırsınız. Hər bir iştirakçı yalnız oxuduğu 2 kitab əsasında tərtib olunmuş 60 sualdan ibarət "online" imtahan verəcək. 15 dəqiqə davam edəcək imtahana www.dtvedu.com saytında "İmtahan" bölməsinə girərək, qatılacaqsınız.  Ən yüksək nəticə göstərən 200 nəfər ikinci mərhələyə vəsiqə qazanacaq və bununla da birinci mərhələ (15 Aprel) yekunlaşacaq. Əvvəlcədən elan olunacaq saat və məkanda ikinci mərhələnin imtahanı baş tutacaq. İkinci mərhələdə  yenə hər kəs oxuduğu 2 kitabdan, ona təqdim olunacaq fərqli 60 sualdan ibarət test üsulu ilə imtahan verəcək. Bu imtahan nəzarət altında keçiriləcək və ən yüksək nəticə göstərən 10 nəfər mükafatlandırılacaq. İmtahan müddəti 20 dəqiqə olacaq.

    I yer 3000 AZN   

    II yer 1500 AZN

    III yer 1000 AZN 

    IV yer 800 AZN   

    V yer 600 AZN

    VI yer 400 AZN   

    VII yer 300 AZN   

    VIII yer 200 AZN   

    IX yer 100 AZN     

    X yer 50 AZN

     

    14 Aprel tarixində keçiriləcək imtahan üçün nəzərdə tutulmuş kitabların siyahısı:

    Azərbaycan dilində:

    1. Xəyalə Murad - Vanuatu Adasının Sakinləri

    2. Cəmşid Əmirov - Qara Volqa

    3. Aleksandr Düma - Üç Müşketyor

    4. E.M.Remark - Üç yoldaş

    5. İsmayıl Şıxlı - Dəli Kür

    6. M.S. Ordubadi - Qılınc və qələm

    7. Elçin - Ağ dəvə

    8. Jan Kristof Qranje - Qara yol

    9. Vladimir Jeleznikov - Müqəvva

    10. Harper Li - Bülbülü öldürmək

    Rus dilində:

    1. Л.Н.Толстой - Анна Каренина

    2. Виктор Гюго - Человек, который смеётся

    3. Эльчин Сафарли - Я вернусь...

    4. Смит Лиза Джейн - Дневники вампира (Начало 1)

    5. Жюль Верн - Таинственный остров

    6. А. Дюма - Граф Монте Кристо

    7. Дэн Браун - Утраченный символ

    8. Агата Кристи - Большая четверка

    9. Томас Майн Рид - Всадник без головы

    10. Эмили Бронте - Грозовой перевал

    Türk dilində:

    1. Elif Şafak - İskender 

    2. Charles Dickens - İki şehrin hikayesi

    3. F.M.Dostoyevski - Karamazov Kardeşler

    4. James Joyse - Ulysses

    5. Orhan Pamuk - Cevdet bey ve oğulları

    6. Ahmet Hamdi Tanpınar - Huzur

    7. Stepheng King - Yeşil yol

    8. Reşat Nuri Güntekin - Çalıkuşu

    9. R.J.Palacio - Mucize

    10. Sabahattin Ali - Kuyucaklı Yusuf

Keçirilmə məkanı

Onlayn imtahan - www.dtvedu.com

Ünvan
Yasamal ray, Şərifzadə 43
Telefon
+99412 455 00 44
+99470 221 44 77
Faydalı məlumat
Yaş həddi:
6+ yaşdan
Tədbirin davam etmə müddəti:
11:00 - 11:15 - B., 14 Apr