Əlincə qalası

Tədbir haqqında

Dilsuz Mustafayev. “Əlincə qalası” Quruluşçu rejissor – Cənnət Səlimova Xalq Artisti Müəllifin “Əlincə qalası” nağılı əsasında hazırlanmış tamaşada qəhrəmanlıq, vətənpərvərlik ideyası ön planda olduğu kimi, tamaşa da bu gözəl hisslərin əsasında ərsəyə gəlmişdir. Qadınlarımızın bütün gözəl milli xüsusiyyətlərini özündə daşıyan Zahidə xanım taxt, sərvət uğrunda gedən mübarizədə öz doğma yurd-yuvasını düşünür, Əlincə qalasının şərəf və ləyaqətini qorumaq uğrunda mübarizəyə qalxır. Xalq da onun arxasında dayanır. O, Əmir Teynur kimi qüdrətli sərkərdəyə qalanı təslim etmir. Bu zaman Əmir Teymuru başa salırlar ki, “Biz qadınla mübarizə aparmırıq” fikrini söyləsin və bununla da bir qadın sərkərdə qarşısında acizliyi ört-basdır olsun. Hadisələrdə səhnə üçün vacib olan dramatizm, mövzu aktuallığı və ideya yararlılığı vardır. Pyesin səhnə təcəssümü mahiyyət etibarilə bütün yaş kontigentinə uyğun gəldiyi üçün “Əlincə qalası” tamaşasını həm gündüz, həm də axşam tamaşası kimi oynamaq olur.

Yaş məhdudiyyəti / Dil

6+
Əlincə qalası Əlincə qalası