Gəncədə ilk dəfə - KUKULİ MÜZİKALİ

Tədbir haqqında

5 yaşınadək uşaqlara valideyn müşayəti ilə (valideyn üçün bilet zəruridir), əlavə yer tutmamaq şərti ilə giriş pulsuzdur.

Bir-birindən gözəl mahnıları ilə milyonlarla uşağın sevimlisinə çevrilən "Kukuli" tamaşası ilk dəfə olaraq Gəncədə! 
"Kukuli" interaktiv-musiqili tamaşa Gəncə Dövlət Filarmoniyasında Türkiyə (Ankara) teatrının təqdimatında 24 aprel tarixində təqdim olunacaq.  
Yalnız bir gün olacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.  Həmçinin bütün tamaşaçıları unudulmaz təəssüratlar və sürprizlər gözləyir!

Saat 11:00 və 14:00 baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli, ailəvi musiqili-interaktiv tamaşa biletlərini şəhərin bütün kassalarından, Gənclik və 28 MALL ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

0+
Gəncədə ilk dəfə - KUKULİ MÜZİKALİ Gəncədə ilk dəfə - KUKULİ MÜZİKALİ