“İşıqlı kuklalar”

Tədbir haqqında

Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunacaq.
   Nikolay Zıkov teatrının təqdimatında Bakıda ilk dəfə keçiriləcək "İşıqlı kuklalar" şousuna göstərilən marağı və çoxsaylı tamaşaçı müraciətlərini nəzərə alaraq əlavə 16:00 seansının keçirilməsi qərara alınıb. İ
kinci seansın biletləri artıq satışdadır və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar. Biletlərin qiyməti 10- 50 manat təşkil edir.

   Qeyd edək ki, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq.

   Nikolay Zıkov teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Hansılar ki, yenilikçi yaradıcılıq fəaliyyəti və peşakar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Yaş məhdudiyyəti / Dil

+3
“İşıqlı kuklalar” “İşıqlı kuklalar”