Mauqli

Tədbir haqqında

Redyard Kiplinq.  “Mauqli”

Yaş həddi: 4+

Müəllif: Redyard Kiplinq

Quruluşçu rejissor:  Elşad Rəhimzadə

Baş rolların ifaçıları: Elnur Bəhramxan (Əməkdar artist), Nurlan Süleymanlı, Ümman Budaqov, Aybəniz Heydərova, Yaşar Heydərli, Ceyhum Məmmədov, Günel Məmmədova, Hökümə Rəhimzadə

Janr:  macəra-alleqoriya

Tamaşanın müddəti:  1 saat

 

“Mauqli” tamaşası cəngəllikdə canavarlar tərəfindən tərbiyə olunan insan övladı Mauqlinin həyatından bəhs edir. Cəngəllik qanunlarına görə, zəiflər həmişə güclünün ovu olmaq təhlükəsi ilə üz-üzədirlər. Cəsur, qətiyyətli, xeyirxah olmaq, dostluğa və dostlarına  sevgi və sədaqət göstərməklə  bütün pislikləri dəf etmək mümkündür.

Nobel mükafatçısı Redyard Kiplinqin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərinin plastik həlli Ceyhun Dadaşova məxsusdur.

Tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar  Təhminə Məmmədova, Günel Məmmədova, Mehriban Hüseynova, Asya Atakişiyeva, Nurlan Süleymanlı, Ceyhun Məmmədov, Ramil Məmmədov, Hilal Dəmirov, Hökümə Rəhimzadə, Elgün Yəhyayev, Tahir İsmayılov, Anar Seyfullayev, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Xəyalə Qasımova, Ümman Budaqov, İmdad Səfiyev ifa edirlər.

 

Yaş məhdudiyyəti / Dil

4+ / Azərbaycanca
Mauqli Mauqli

Məkan yeri
Nizami küçəsi 72, Bakı, Azərbaycan