Uzuncorab Pippi

Tədbir haqqında

“Uzuncorab Pippi”

Yaş həddi: 6+

Müəllif:  Astrid Lindqren (Astrid Lindqrenin eyniadlı romanının motivləri  əsasında səhnələşdirən: Sebastian və Stafan Qotestam)

Quruluşçu rejissor: Bəhram Osmanov  (Əməkdar  incəsənət xadimi)

Baş rolların ifaçıları:  Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev

Janr:   müzikl

Tamaşanın müddəti: I hissəli – 1 saat  

Anasız  Pippinin atası da dənizdədir. O, tənha qalıb. Belə bir vaxtda onun ən yaxın dostu meymun, bir də atdır. Buna baxmayaraq, o, özünə yeni dostlar da tapır. Lakin bu dostların anası və ətraf  Pippinin sərbəstliyini, qeyri-adi hərəkətlərini anormal sayırlar.

Sosial təminat şöbəsi isə onu uşaq evinə göndərmək üçün çalışır. Son anda atası gəlib qızını onu anlamayan insanların əlindən qurtarır.

Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə çoxlu fikirlər səslənir.

Gənc tamaşaçılar üçün böyük tərbiyəvi əhəmiyyəti olan bu tamaşa aktyor oyunu, gözəl dekorasiyası və bir sıra yaxşı məziyyətləri ilə maraqla baxılır.

Yaş məhdudiyyəti / Dil

6+
Uzuncorab Pippi Uzuncorab Pippi