Şirinlər

Tədbir haqqında

“Şirinlər”

Yaş həddi: 3+

Müəllif: Pierre Kulliford (Səhnələşdirmə müəllifi Elşad Rəhimzadə)

Quruluşçu rejissor: Elşad Rəhimzadə

Baş rolların ifaçıları: Rasim Cəfərov  (Əməkdar artist), Elnur Bəhramxan  (Əməkdar artist), Günel Məmmədova, Asya Atakişiyeva

Janr:  nağıl-tamaşa

Tamaşanın müddəti: I hissəli – 50 dəqiqə

 

Şirinlər ailəsi əsl-həqiqətdə bir-biri ilə şirin münasibətdədirlər. Lakin belə münasibəti gözü götürməyən Qarqamel kimi şər qüvvəli varlıqlar onların arasına nifaq salmağa çalışırlar. Nəticədə isə birlik və ağıl bütün pisliklərin qarşısını alır.

Bir hissəli bu macəra tamaşası uşaqları çətin anda əl-ələ tutmağa, ailədə mehribançılığa, dostluqda sədaqətə səsləyir. Tamaşada darda olan dostlara kömək etmək, sədaqət, humanizm kimi gözəl ideyalar öz əksini tapır.

Çox gözəl nağıl dekorasiyası, maraqlı rəqsləri, mahnı və musiqiləri olan bu tamaşa uşaqların əylənməsi və mənəvi qidalanması üçün gözəl vasitədir.

 

Yaş məhdudiyyəti / Dil

3+
Şirinlər Şirinlər