Cırtdan və dostlarının macəraları

Tədbir haqqında

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqram ilə sevindirəcək.
   22 və 23 mart 2023-cu il tarixində Novruz bayramı münasibətilə Sarayın səhnəsində “Cırtdan və dostlarının Novruz macəraları” adlı möhtəşəm bayram şənliyi keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr barədə məlumat verəcəklər.
   Bundan əlavə uşaqlar Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər.

Yaş məhdudiyyəti / Dil

0+
Cırtdan və dostlarının macəraları Cırtdan və dostlarının macəraları