«Три Кота: Поиски сокровищ»

Tədbir haqqında

Kiçik bir şəhərdə balaca pişik Korjik, qardaşı Kompot və bacısı Karamelka yaşayırdı. Günlərin bir günü, bu üç
pişik həyətdə oynadıqları vaxt gözlənilməz bir halda xəzinə xəritəsi tapırlar! "Bəxtimizə bax!" deyib, bu üç pişik,
xəzinəni tapmaq üçün maraqlı bir macəraya başlayırlar. Macəra zamanı, onlar məntiqlərini işə salıb, qəliz
sınaqlardan keçərək, yaxşılıq və dürüstlük nümayiş edib, bir birləri üçün hər çətinliyə atılan yaxın dost
olduqlarını sübut edirlər.
Tamaşada sizi nə gözləyir?
- Cizgi filmin sevimli qəhrəmanları - Korjik, Karamelka və Kompotdan savayı, Ana pişik, ata Pişik və digər
qəhrəmanlarda olacaq!
- Şən rəqslər, mahnılar və zarafatlar!
- Uşaqlarla interaktiv oyunlar! Və bu sahədə, qəhrəmanlar nəyin ki, səhnədə, hətta tamaşa zalında belə
uşaqlarla oyun oynayacaq! ✨
- 5 yaşdan aşağı uşaqlar üçün bilet almaq lazım deyil!
Yaşa heç bir məhdudiyyət yoxdur:0+
✨ Müddəti: fasilə olmadan 60 dəqiqə
Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət
mərkəzlərindən və www.iticket.az  saytından əldə edə bilərsiniz. ☺

Yaş məhdudiyyəti / Dil

0+
«Три Кота: Поиски сокровищ» «Три Кота: Поиски сокровищ»