Yağış  göbələyinin macərası

Tədbir haqqında

   Yağış göbələyinin macərası" ("ПРИКЛЮЧЕНИЯ ДОЖДЕВИЧКА")

 Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balaca teatrsevərlər üçün nəzərdə tutduğu növbəti tamaşalarından biri də "Yağış göbələyinin macərası" (R.Şəfəq və V.Zimin) musiqili nağıl-tamaşasıdır.
Xeyirlə şərin mübarizəsindən bəhs edən tamaşada uşaqlara dürüstlük, qəhrəmanlıq və ən əsası da ana təbiətə sevgi, təbiəti qorumağın vacibliyi aşılanır. Səhnə əsərinin süjet xəttində canlılar aləmini məhv etmək istəyən şər qüvvələr yağışı oğurlayır və beləliklə, xeyirlə şərin mübarizəsi başlayır...

Qeyd edək ki, teatrın rus bölməsində hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Boris Qrafkindir və premyerası 17 may 2008-ci ildə oynanılıb.

Yaş məhdudiyyəti / Dil

0+
Yağış  göbələyinin macərası Yağış  göbələyinin macərası