+994 77 600 00 60— Çağrı xidməti mərkəzi
Qeydiyyat

Cədvəl

23 sentyabr 15:00 Azərbaycan
dilində
Fövqəladə Hallar Nazirliyinin Tədris Mərkəzi
30 AZN Bilet almaq

Keçirilmə yeri

Fövqəladə Hallar Nazirliyinin Tədris Mərkəzi
15-ci km Bakı-Şamaxı-Yevlax yolu

Komanda

“Лига Героев” – artıq 5 ildir ki, Rusiyada irimiqyaslı idman tədbirlərin təşkilatçılığı ilə məşğul olan unikal peşəkarlar komandasıdır. “Лига Героев” layihələri cəmiyyətin bir çox təbəqələrini əhatə edir, idman tədbirlərinin öyrəşdiyimiz çərçivələrini genişləndirir və artıq on minlərlə insanın sevgisini qazanıb.
“Лига Героев” Rusiyanın irimiqyaslı federal idman tədbirləri məkanında dəb müəyyən edən tədbir hesab oluna bilər.
Təşkilatçı komandasının ən məşhur layihələrindən biri - “Гонка Героев” - 2013-cü ildən fəaliyyət göstərən maneəli yarış Rusiyanın demək olar ki, bütün böyük regionlarına səfər edib. Ümumilikdə isə yalnız 2017-ci il ərzində ölkədə 70-ə yaxın “Гонка Героев” yarışı keçiriləcəkdir. Bu bütün Rusiya üzrə 500 000 iştirakçı, tamaşaçı və azarkeş, 20 region, 200 km-dən artıq inşa edilmiş tras və 1000-dən çox quraşdırılmış konstruksiya deməkdir.
Azərbaycanda layihə “Mübarizlər” adı ilə ilk dəfə 23 sentyabr tarixində FHN-nin təlim mərkəzinin ərazisində keçiriləcək.
Layihənin formatı – çətin keçilən ərazidə maneəli qaçışdır.
İştirakçılar hər bir ölkə, hər bir şəhər üçün öz xüsusiyyətləri ilə fərqlənən çətin trası fəth etməlidirlər. Unikal landşaft və inanılmaz maneələr hər yarışı təkrarolunmaz edir.
Tədbir üçün nəzərdə tutulmuş traslar Moskvadan Bakıya qədər dünyanın ən gözəl yerlərində inşa edilir: istirahət zonalarında və parklarda, dağların zirvələrində və mənzərəli vadilərdə.
“Mübarizlər” – komanda tədbiridir. Maneələrin çoxu elə nəzərdə tutulub ki, onları komanda yoldaşlarının köməyi olmadan keçmək mümkün olmasın. İştirakçılar əllə keçid qurğularını, tunelləri və hətta əsl “kəşfiyyatçı xətləri”ni fəth etməlidir.
İstəyən hər kəs iştirakçı ola bilər – dostları dəvət etmək, saytımızda qeydiyyatdan keçmək və ya həmfikirlərinə yarış zamanı qoşulmaq kifayətdir.

İştirakçılara yarış iki formatda təqdim olunacaq – komanda və çempionat formatları. Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 21 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 10 km-ə yaxın trasdan və 40 maneədən keçməyə hazır olmalıdır.

Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

“Mübarizlər” iştirakçılarına komanda yarışında və ya iki çempionat kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz iradəsi haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında idman tipli əyləncələrdə iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı əhvalına qərq olmaq təklif olunur.

Yarış haqqında daha ətraflı məlumatı heroleague.az saytından və ya layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Yarışda iştirak etməyə 18 yaşdan yuxarı şəxslər buraxılır. Tamaşaçılar üçün giriş pulsuzdur.
Ətraflı