Boris Vaxtinin "Tamamilə xoşbəxt kənd" povesti və Lev Tolstoyun "Hərb və sülh" romanı nümunələri əsasında prozaik mətn üzrə Pyotr Naumoviç Fomenkonun iş üsulu

Tədbir haqqında

Aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya). Mühazirənin mövzusu: Boris Vaxtinin “Təmamilə xoşbəxt kənd” povesti və Lev Tolstoyun “Hərb və Sülh” romanı nümunələri əsasında prozaik mətn üzrə Pyotr Naumoviç Fomenkonun iş üsulu üzrə aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi. Mühazirəçi haqqında: Oleq Petroviç Lyubimov 1968-ci ildə anadan olub. 1982-ci ildən “Teatr Yunnix Moskvichey” studiyası ilə işləməyə başlayıb. O, orada E. Olbinin “Bir kədərli restoranın balladası”, İ. Boqomolovun “İvan” daha sonra isə Malıy Teatrda Dudaryevin “Sıravilər” və Kassonun “Səhər pərisi” pyeslərində rol alıb. 1993-cü ildə Rusiya Teatr Sənəti Akademiyası - Dövlət Teatr Sənəti İnstitutunu (RATİ-QİTİS), Pyotr Fomenkonun aktyor –rejissor kursunu bitirmişdir. O vaxtdan elə Moskvada yerləşən “Pyotr Fomenkonun emalatxanası” teatrına qəbul olunmuşdur. Hal-hazırda o, həmin teatrda çalışmağı davam edir. Rusiyanın ən tanınmış teatr studiyalarından olan “Pyotr Fomenko emalatxanası” teatrı 1993-cü ildə yaranıb. Teatrın repertuarı həm klassik, həm də müasir pyeslərdən ibarətdir. Mühazirə rus dilində olacaq. Azərbaycan dilinə tərcümə təmin olunacaq. *GİRİŞ SƏRBƏSTDİR Mühazirədə iştirak üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün telefon nömrələri: 0502893132. 1 noyabr, 2017 16:00 YARAT Müasir İncəsənət Mərkəzi.

Yaş məhdudiyyəti / Dil

0
Boris Vaxtinin "Tamamilə xoşbəxt kənd" povesti və Lev Tolstoyun "Hərb və sülh" romanı nümunələri əsasında prozaik mətn üzrə Pyotr Naumoviç Fomenkonun iş üsulu Boris Vaxtinin "Tamamilə xoşbəxt kənd" povesti və Lev Tolstoyun "Hərb və sülh" romanı nümunələri əsasında prozaik mətn üzrə Pyotr Naumoviç Fomenkonun iş üsulu