Merlin Kukla Teatrı (Almaniya-Yunanıstan)
Merlin Puppet Theatre kukla teatrının əsası 1995-ci ildə, Afinada, Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Əvvəlcə onlar başqa kollektivlər üçün maskalar və kuklalar hazırlasalar da, sonradan öz tamaşalarını yaratmağa başladılar. Dünyanın otuzdan çox ölkəsində müxtəlif festivallar, sərgilər və ustad dərslərdə uğurlu çıxışlar ediblər. Hal-hazırda, Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionetkalar, stolüstü kuklalar, predmetlər, optik effektlər və kölgə teatrını əhatə edir.
Klounların evləri / Clown’s Houses
“Klounların evləri” öz adını ingilis şairəsi Edit Luiza Situellin şeirindən götürüb. Böyüklər üçün nəzərdə tutulan (tövsiyə edilən yaş 15+) bu kukla tamaşasında bir bina, beş mənzil və altı baş qəhrəman var. Tamaşaçılar sanki zəif tragikomik personajların kiçik, klaustrofobik dünyalarında qorxular, tənhalıq və uydurma mübtəlalar ilə dolu olan miskin həyatlarını seyr edirlər. Marionetkalar və digər “oyuncaq” vasitələrin köməyi ilə, Dimitris Stamu və Demi Papada ev-həbsxanaların, şəxsi vərdişlərin və uydurma qaydaların məhkumları olan müasir insanların portretini çəkirlər.
Rejissor: Dimitris Stamu
Janr: kukla tamaşası
Tarix: 10/11/2018, şənbə
Vaxt: 15:00
Məkan: Azərbaycan Dövlət Kukla Teatrı
Dil: sözsüz
Müddət: 65 dəqiqə (antraktsız)
Yaş həddi: 15+