Erik Fred

Tədbir haqqında

Kris Linam (Böyük Britaniya)

Britaniyalı kloun Kris Linam yorulmaq bilmədən stendap ənənələrini alt-üst edən şəxs və bir azca da... sehrbazdır. Onun hər bir layihəsi mümkünlük sərhədlərindən bir qədər də kənara çıxmaq, eyni zamanda təhlükəli və valehedici olan özəl reallıq yaratmaq cəhdidir. Qırx il ərzində sənətkar dünyanın hər bir yerində özünə şan-şöhrət və tamaşaçı rəğbətini qazanmağa müvəffəq olub, onun komik istedadı və parlaq yumor hissi isə səhnə meydançalarını və teleefirləri fəth edir.

Kris Linam öz şousu ilə ABŞ, İtaliya, Almaniya, Fransa, İsveçrə, Kanada, Avstraliya, İndoneziya, Seyşel adaları, Honkonq, Portuqaliya, Rusiya, Skandinaviya, Çin, Kolumbiya, Cənubi Afrika və Zimbabvedə olub.

 

Erik Fred / ErictheFred

ErikFred – yüksək texnologiyalar üzərində qurulan valehedici, həyəcanlandırıcı hisslər, nikbin şoudur. Şounun mütəşəkkil strukturuna klassik klounada və kino elementləri, həmçinin, füsunkar orijinal musiqi daxildir. Zamana sığmayan bu qara komediyada müəllifin komik istedadı və fiziki teatr sənəti ilə bağlı bacarıqları tam ölçüdə ifadə edilir.

Səhnədə peyda olan Artist əynindəki kostyumu qəzəblə cırıb-dağıtmağa başlayır və bundan sonra bir də oynamamağa and içir. Bu kritik məqamda, qəhrəmanın məkrli daxili səsi oyanır və onu xəyala dalmaq, xatırlamaq, sevmək, risk etmək və irəli getmək… yaxud, hər şeyə son qoymağa sövq edərək, “qızışdırmağa” başlayır.

Tamaşaçı komikin ən gizli xəyalları və fikirlərinin canlandığı, son dərəcə tanış, eyni zamanda qeyri-adi olan bir dünyaya keçid alır. ErikFred akrobatikanın möcüzələrini nümayiş etdirməklə yanaşı, insan emosiyalarının ən geniş palitrasına toxunur.

 

Müəllif: Kris Linam

Janr: klounada, komediya

Tarix: 09/11/2018, cümə

Vaxt: 17:00

Məkan: ÜNS Yaradıcılıq Səhnəsi

Dil: sözsüz

Müddət: 60 dəqiqə (antraktsız)

 

Yaş həddi: 12+

Yaş məhdudiyyəti / Dil

12+
Erik Fred Erik Fred