Heç kimin torpağı

Tədbir haqqında

Merlin Kukla Teatrı (Almaniya-Yunanıstan)

Merlin Puppet Theatre kukla teatrının əsası 1995-ci ildə, Afinada, Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Əvvəlcə onlar başqa kollektivlər üçün maskalar və kuklalar hazırlasalar da, sonradan öz tamaşalarını yaratmağa başladılar. Dünyanın otuzdan çox ölkəsində müxtəlif festivallar, sərgilər və ustad dərslərdə uğurlu çıxışlar ediblər. Hal-hazırda, Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionetkalar, stolüstü kuklalar, predmetlər, optik effektlər və kölgə teatrını əhatə edir.

 

 

Heç kimin torpağı / Noone's Land

Təxəyyülün darıxdırıcı reallığa qarşı gücü... bu hekayə, daim bir yerə bağlı və öz taleyini hər hansı şəkildə dəyişmək şansından məhrum olan tənha varlığın – müqəvvanın gözləri ilə bəhs olunur. Amma, bu vəziyyətdə belə baş qəhrəmanın seçimi olur və o, bu dünyanı daha yaxşı etməyə qərar verir. Noone's Land – heç bir sözün işlənmədiyi, yalnız vizual vasitələr və optik üsulların köməyi ilə bəhs edilən, azadlıq haqqında mədhiyyədir. Tamaşa bütün ailə üçün nəzərdə tutulub.

 

Rejissor: Dimitris Stamu

Janr: kukla tamaşası

Tarix: 09/11/2018, cümə

Vaxt: 12:00

Məkan: Azərbaycan Dövlət Kukla Teatrı

Dil: sözsüz

Müddət: 45 dəqiqə (antraktsız)

 

Yaş həddi: 4+

Yaş məhdudiyyəti / Dil

4+
Heç kimin torpağı Heç kimin torpağı