Teatral bədheybət

C. 9.11.2018 15:00

Kris Linam (Böyük Britaniya)

Britaniyalı kloun Kris Linam yorulmaq bilmədən stendap ənənələrini alt-üst edən şəxs və bir azca da... sehrbazdır. Onun hər bir layihəsi mümkünlük sərhədlərindən bir qədər də kənara çıxmaq, eyni zamanda təhlükəli və valehedici olan özəl reallıq yaratmaq cəhdidir. Qırx il ərzində sənətkar dünyanın hər bir yerində özünə şan-şöhrət və tamaşaçı rəğbətini qazanmağa müvəffəq olub, onun komik istedadı və parlaq yumor hissi isə səhnə meydançalarını və teleefirləri fəth edir.

Kris Linam öz şousu ilə ABŞ, İtaliya, Almaniya, Fransa, İsveçrə, Kanada, Avstraliya, İndoneziya, Seyşel adaları, Honkonq, Portuqaliya, Rusiya, Skandinaviya, Çin, Kolumbiya, Cənubi Afrika və Zimbabvedə olub.

 

Teatral bədheybət / The Beast of Theatre 

Kris Linam interaktivlik, incə akrobatik elementlər və valehedici musiqidən hazırlanmış epik bir şou ərsəyə gətirib. Ənənələrə qarşı çıxan coşqun bir mübarizin ifasında müasir klounada qeyri-iradilik və qəribəliklər üzərində qurulur və bizim komediyalarla bağlı ənənəvi təsəvvürlərimizi alt-üst edir. Kris Linam belə effekti qrotesk sənətinə yüksək ustalıqla yiyələnməklə və böyük ehtimalla, bitməz-tükənməz orijinal fəndlər ehtiyatına malik olmaqla əldə etməyi bacarır.

Ssenari bilavasitə şou zamanı yaranır, tamaşaçılar isə onun həmmüəllifi olurlar. Odur ki, Bədheybəti sığallamağa qorxmayın, axı o, sadəcə oynamaq istəyir!

Müəllif: Kris Linam

Janr: klounada, akrobatika və pirotexnika elementləri ilə interaktiv şou

Dil: ingilis

Müddət: 60 dəqiqə (antraktsız)

Faydalı məlumat
Yaş həddi:
12+ yaşdan