Rusiyada yaşamaq kimə yaxşıdır

Tədbir haqqında

Qoqol-mərkəz (Rusiya)

“Qoqol-mərkəz” – onun banisi, rejissor və dramaturq Kiril Serebrennikovun təbirincə desək, bir “azadlıq məkanıdır”. Burada, bir dinamik məkanda, mütləq azadlıq və obyektiv reallıq hissi, dünya incəsənətinin tendensiyaları və hər bir yaradıcı insanın fərdiliyi bir araya gəlir.

“Qoqol+” müzakirə klubunda ən aktual mövzular ətrafında aparılan qızğın mübahisələr və mühazirələr, “Qoqol-kino” klubunda film prokatlarına gedib çatmayan dünya premyeraları, böyük musiqi konsertləri və əlbəttə ki, teatrın bir neçə meydançasında Rusiya və Avropanın ən parlaq rejissorlarının tamaşaları – bütün bunlar, sadəcə bir məkanda qalaraq, müasir incəsənətin sərhədsiz dünyasına səyahət etməyə imkan verir.

“Rusiyada yaşamaq kimə yaxşıdır”

Nikolay Nekrasovun təhkimçilik hüququnun ləğvindən sonra yazdığı bu poemada azadlıq və köləlik məsələlərindən bəhs olunur. Bu əsər, azadlığın qazanılmasının mümkünsüzlüyü və adi köləliyin rahatlığı haqqındadır.

Tamaşa üç hissədən ibarətdir. İlk hissə “Mübahisə” adlanır və “Rusiyada kim şən və firavan yaşayır?” məşhur sualını verən kişilərə həsr olunub. Görəsən, onları ev-eşiklərini və ailələrini ataraq səfərə yollanmağa nə məcbur edib? “Rus dünyasının” sərhədləri harada yerləşir? Onlara çoxdan gözlənilən azadlığı əldə etməyə nə mane olur?

Tamaşanın ikinci hissəsi “Sərxoş gecə” adlanır. Sərxoş kişilər çöldə veyllənir, onlara qulağına müxtəlif səslər gəlir, sanki onları çağırırlar... Bu həqiqətdir, yoxsa xəstə təfəkkürün məhsulu?

Üçüncü hissə “Misli görünməmiş kef məclisi” adlanır və xoşbəxt insanlar, “qadın xoşbəxtliyinin açarı”, havadarlar və müqəddəslər haqqındadır.

Rejissor və rəssam: Kiril Serebrennikov

 

Janr: dram

Tarix: 11/11/2018, bazar

Vaxt: 15:00

Məkan: Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Dil: rus (Azərbaycan dilində altyazılar)

Müddət: 220 dəqiqə (iki antrakt ilə)

 

Yaş həddi: 18+

Yaş məhdudiyyəti / Dil

18+
Rusiyada yaşamaq kimə yaxşıdır Rusiyada yaşamaq kimə yaxşıdır