Troya zövcələri - "Royal District" teatrı

Tədbir haqqında

5 gənc aktrisa sizi Avropanın kənarlarında baş verən tanınmamış müharibə aləminə səyahətə aparacaq. Tamaşa Evripidin yazdığı qədim yunan tragediyasının işlənmiş versiyasıdır. Orada 1990-cı ildən bu günədək müharibə vaxtında, Qafqazın müxtəlif regionlarından olan xanımların dramı təsvir olunub. Əsrlər keçdikcə müharibə vaxtı qadınlara qarşı edilən zorakılıqlar dəyişilməz olaraq qalır. Tamaşa səssizliyə və postsovet Gürcüstanın tarixinə səs verməyə cəhddir. Bu cəhd məhz qadınların şəxsi hekayələri əsasında canlandırılır və tədricən şəxsi problemlər siyasi problemlərə keçir. Tamaşa Azərbaycan subtitrləri ilə gürcü dilində nümayiş olunacaq. GİRİŞ SƏRBƏSTDİR, amma yerlər məhdud olduğundan qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün: 0502893132 Tövsiyə edilən yaş: 16+ Tarix: 2 noyabr Saat: 21:00 Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Yaş məhdudiyyəti / Dil

16
Troya zövcələri - "Royal District" teatrı Troya zövcələri - "Royal District" teatrı