Gecə kənarına səyahət

Tədbir haqqında

OVO Ars – İmmersiv teatr və şaman fəlsəfəsi
Teatr uzun müddətdir ki, dünya səhnəsində klassik formatın çərivəsindən kənara çıxıb. İmmersiv teatrı şamanist ayinləri ilə birləşdirən OVO Ars Bakıda bu sənətin inkişafına yeni təkan
verəcəkdir.
Layihə teatrın , musiqinin, təsviri incəsənətin, rəqsin sintezinə və həmçinin Azərbaycan mənəvi sağlamlıq ənənəsi olan "Darul Şəfa"nın – Şamanizm və Sufizmə köklənmiş meditasiyaların dirçəlişinə əsaslanır.
" İncəsənətdən incəsənət doğur " şüarı altında bu layihə bir ruha, insanların ilham aldığı bir atmosferə çevrilməyi nəzərdə tutur. Məqsədimiz, özünü azad etmə və özünü tanıma yolu ilə harmoniyaya nail olmaq, ruhun qaranlıq dəhlizi ilə böyük ümidsizlik qapılarından keçməklə gecənin kənarına səyahət yolunu açmaqdır. Fərqli məkanlar, formatlar, eksperimentlər - bunların hamısı bir məqsəd altında birləşdirilmişdir - təssəvür gücünün yeni sərhədlərini kəşf etmək, yeni hissləri aşkar etmək, insanları incəsənətin və sehrin heyrətamiz dünyasına cəlb etməkdir.
“Gecə kənarına səyahət”
Bizdə tamaşaçı yox, yalnız tamaşa iştirakçıları var!
Sizi "Gecə kənarına səyahət" adlı yeni mənaların yaranma aktına dəvət edirik. Birlikdə biz qeyri-adi hadisənin iştirakçıları olacayıq. Məqsədimiz, təsəvvür sərhədlərini genişləndirmək, yeni duyğular oyatmaq, hər bir iştirakçını teatr, şamanizm və möcüzələr aləminə cəlb etməkdir.
 
“Gecə kənarına səyahət” 2 hissədən ibarətdir:
1. Şaman ritualı
2. İmmersiv tamaşa “Arzular Bağı”
 
- Canlı ezoterik musiqi
- After Party – etnik elektron musiqi
- Ödənişsiz spirtli və spirtsiz içkilər
 
Yığışma nöqtəsi: Gənclik Mall ilə üzbəüz.
Avtobus saat 18:00da yola çıxır.
Avtobus şəhərə 21.30da çıxır.
 
Sizi unikal təcrübə, qeyri-adi hisslər, gözlənilməz təəssüratlar palitrası gözləyir.
Komfort zonanızı tərk edib, bizimlə “Gecə kənarına səyahət"ə qoşulun!
 
Təşkilatçılar:
OVO ars və “ÇıxıŞ” Theatre&Cinema
Şaman: Tərlan Manafov
Bədii rəhbər: Imam Həsənov
Aktyor heyəti: İlqar Cahangir (Əməkdar artist), Rauf Şaxsuvarov
After Party Dj Kamrun
 
info@ovoars.com
+994502448892
+994503748646

Yaş məhdudiyyəti / Dil

16+
Gecə kənarına səyahət Gecə kənarına səyahət