Kekalove Adaptive Fashion Show

Tədbir haqqında

Beynəlxalq əlilliyi olan şəxslər günündə Kekalove Adaptive tərəfindən əlilliyi olan modellərlə birgə fashion şou keçiriləcək. 

Kekalove Adaptive startapının təşkilatçılığı, Hyatt Regency otelinin ev sahibliyi ilə artıq ikinci dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilicək. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Şou Kekalove Adaptive və KekaMaps.com tərəfindən birgə keçirilən İnklüziya Fesitvalının bir hissəsi kimi təşkil olunur.

Fashion şou dekabrın 3-ü saat 19:00-da Hyatt Regency otelində baş tutacaq.

Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin və Start.up! Germany Tour müsabiqəsinin qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu fashion şou startapın bu qəbildən sayca ikinci tədbiridir.

Yaş məhdudiyyəti / Dil

18
Kekalove Adaptive Fashion Show Kekalove Adaptive Fashion Show