Qırmızı.net təqdim edir: Peşəsinin peşəkarları

Tədbir haqqında

Qırmızı.net təqdim edir: Peşəsinin peşəkarları

21 Sentyabr tarixində Bu günün, Sabahın, Gələcəyin Rəngi - Qırmızı.net-də görüşürük!

Platforma liderlik, motivasiya, fərdi inkişaf, həyat tərzi, biznes mühiti və digər müvafiq sahələr üzrə ixtisaslaşan mütəxəssislərlə beynəlxalq və regional səviyyəli görüşlərin təşkili üçün nəzərdə tutulmuşdur. Burada dünyaca məşhur spikerlər şəxsi və karyera inkişafı istiqamətində qabaqcıl təcrübələrini layihə iştirakçıları ilə paylaşacaq və onlarla marketinq, dijital dünya, onlayn media, texnoloji inkişaf və s. mövzuları üzrə fikir mübadiləsi aparacaqlar.

Sentyabrın 21-i (12:30-18:30) Sabis Sun Beynəlxalq Məktəbində Qırmızı.net platformasının ilk tədbiri keçiriləcək.

İlk platformada Türkiyənin Trend ovçusu Serdar Kuzuloğlu, İtaliyalı Yazıçı Dr. Ornella Corazza və digər xüsusi qonaqlar çıxış edəcək.

Serdar Kuzuloğlu “Yeni dünya, Yeni istehlakçı, Yeni şirkət”, Dr. Ornella Corazza isə “Rəqəmsal Aludəçilik” mövzusunda təcrübə və biliklərini paylaşacaq.

Tədbirdə ödənişsiz transfer olacaqdır: Gənclik və Koroğlu metrosuVə tədbirdə coffee break olacaq, SERTİFİKAT təqdim ediləcəkdir.Platforma biletləri artıq satışdadır.

Biletləri www.iticket.az-dan onlayn və ya satış məntəqələrindən əldə edə bilərsiniz.

Biletin qiyməti: 20 AZN

Dil: Türk dili və İngilis dili

Tədbir “Media Balans” Reklam Agentliyinin baş sponsorluğu, eyni zamanda aşağıdakı sponsor və tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

Məqsədlər uğura aparan yoldur…

Platformanın təşkil olunmasında əsas məqsəd:

·         Bilik və bacarıqların artırılmasına, fərdi və peşəkar inkişafa şərait yaratmaq;

·         Cəmiyyətə faydalılığımızın davamlılığını artıraraq fərqli platforma nümunəsi olmaq;

·         Bütün sahələrə istiqamətlənmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyəli layihələr reallaşdırmaq;

·         Gənclərin təşəbbüskarlığını artırmaq və stimullaşdırmaq istiqamətində tədbirlər görmək.

 Ətraflı məlumat üçün platformanın sosial media hesablarını izləyə bilərsiniz:

Facebook: https://www.facebook.com/qirmizi.net/

Instagram: https://www.instagram.com/qirmizi_net/

Web: www.qirmizi.net

 

Yaş məhdudiyyəti / Dil

18+
Qırmızı.net təqdim edir: Peşəsinin peşəkarları Qırmızı.net təqdim edir: Peşəsinin peşəkarları