Üçüncü Üzüm və Şərab Festivalı

Tədbir haqqında

7-8 sentyabr tarixlərində Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək. Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində 23 şərab brendi iştirak edəcəkdir. Bunun ilə yanaşı festival ərazisində sərgi, əyləncə, müxtəlif masterklas zonaları və məhşur restoranların pavilyonları quraşdırılacaq. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Festival şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Ziyarətçilər festival günlərində maraqlı şou proqramın da iştirakçısı olacaqlar.

Qeyd edək ki, ziyarətçilər üçün Heydər Əliyev Mərkəzi yaxınlığında nəqliyyat təşkil olunacaq. Avtobuslar Heydər Əliyev Mərkəzinin park ərazində yerləşən yerüstü dayanacaqdan saat 11:30-dan yola düşəcəklər.
Transfer:
7 sentyabr saat 20:40-da Şamaxıdan Bakıya yola düşəcək
8 sentyabr saat 20:00-da Şamaxıdan Bakıya yola düşəcək

Yaş məhdudiyyəti / Dil

5+
Üçüncü Üzüm və Şərab Festivalı Üçüncü Üzüm və Şərab Festivalı