Ulduz doğuldu

Tədbir haqqında

İl: 2018
Ölkə: ABŞ
Rejissor: Bredli Kuper
Rollarda: Ledi Qaqa, Bredli Kuper, Sem Elliott, Deyv Şappel, Entoni Ramos, D.C.Pirs
Janr: dram, müzkl
Müddət: 142 dəq.
Yaş: 18+
 
Musiqi, tikanlarvəsevgi Folk-rokun veteran, qəlblərə yol tapan və Amerikanın düzənlikləri kimi geniş olan lirik balladaları il’ CeksonMeyn (BredliKuper) hələ də stadionlarda insanları toplayır.
Onun təbəssümü, dəcəl qıyıq gözləri, şıq geyindiyi əsl blyuz Allahının dəyişməz atributu olan şlyapası ilə Meyn hələdə pərəstişkar xanımları heyran edir. Amma yaş tez-tez özünü yada salır; gəncliklərinin yelbeyin dostu olan alkoqol həyat üçün təhlükəyə çevrilir; şöhrət daha çox qıcıqlandırmağa başlayır, şöhrətin uzunmüddət davamedəcəyi də sual altındadır. Amma xilaskar-tale Meyni, Ellinin (Ledi Qaqa) ifa etdiyi kluba gətirib çıxarır. O, özünün yazdığı mahnıları ifa etmək üçün istedadına və zahiri gözəlliyinə əmindir. Və Elli tərəfindən fəth edilmiş Meyn ilk baxışdan bunu düzəltməyə başlayır. 1937-ci ildə Hollivudda qocalmış, mütəmadi olaraq içən aktyor və onun tərəfindən sonradan kinoulduza çevrilən
ofisiant qız haqqında “Ulduz doğuldu” melodramını fikirləşmişdilər. Bu gün üçüncü remeyki doğulmuş həmin filmin adı ayrı janr kimi səslənir – onun uğuru və dəyəri, kamilliyi və gəncliyi, şəxsi həyatı ilə peşəsinin toqquşması haqqında saqa. Bredli Kuperin rejissor debütü 1976-cı ilin “Ulıduzlar”versiyasına istiqamətlənir. Həmin filmdə Kris Kristofferson və Barbara Streyzand tərəfindən mükəmməl təqdim edilmiş qəhrəmanlar musiqiçilərə çevrilmişdilər.
Meyni ifa etmiş Kuperin hər hansı özünə vurğunluq olmadan adət etdiyi səhnə parıltısından imtina edən Ledi Qaqa ilə dueti təsirlidir və onlar heç də böyük sələflərindən geri qalmırlar. Böyük Hollivud kinosu zirəkdir! Konsert səhnələrinin bir
hissəsi isə Qlastonberdə keçirilən əfsanəvi Britaniya rok-festivalında çəkilib: Yeni dünyanın Qədim Avropa incəsənətinə xoşxidmətidir.
 
Mükafatlar və festivallar:
 
“Oskar” Mükafatı – Ən yaxşı original musiqi
Venetsiya Kinofestivalı –“Smithers Foundation” mükafatı
“Qızıl Qlobus” mükafatı – Ən yaxşı original musiqi («Shallow»)
BAFTA Mükafatı – Ən yaxşı original musiqi
Critics' Choice Mükafatı – Ən yaxşı qadın rolu, ən yaxşı musiqi («Shallow»)
“Sputnik” mükafatı – Ən yaxşı film (komediya, yaxud müzikl), Ən yaxşı operator işi, Ən yaxşı original musiqi
Toronto Beynəlxalq Kinofestivalı – Proqramın iştirakçısı

Yaş məhdudiyyəti / Dil

18+
Ulduz doğuldu Ulduz doğuldu