David Bowie is

Tədbir haqqında

Ölkə Böyük Britaniya
İl 2014
Müddət 95 dəqiqə
Dil İngilis (rusca altyazı)
Janr Film-sərgi
Yaş məhdudiyyəti 12+
Rejissor Hemiş Hemilton, Keti Mallan

Sinopsis

2013-cü ildə London şəhərinin məşhur Viktoriya və Albert muzeyində təşkil olunan və əfsanəvi rok ifaçısına həsr olunan "David Bowie is" sərgisi böyük marağa səbəb oldu. Həmin dövrdə muzey rekord sayda ziyarətçi qəbul etdi: təkcə Londonda 312 min insan sərgini ziyarət etdi, daha sonra sərgi Bolonya, Barselona, Tokio və digər şəhərlərdə sərgi həvəskarlarının görüşünə gəldi. Ümumilikdə 1,5 milyon tamaşaçı musiqiçinin həyat və yaradıcılığının retrospektivi ilə tanış olmaq imkanı qazandı. Sərgidə Devid Bouinin əlyazmaları, kostyumları, şəkilləri və səhnə çıxışları üçün lazım olan butaforiya nümayiş olunub. 2013-cü ildə London şəhərində çəkilmiş bu film sözügedən unikal sərgini ziyarət etmək, xüsusi olaraq dəvət edilmiş qonaqların (onların sırasında dizayner Kansay Yamamoto və "Pulp" qrupunun vokal ifaçısı Carvis Koker yer alır) hekayələrini dinləmək və Devid Bouinin dünyasına qərq olmaq imkanı verir. Filmin nümayişi #АртЛекторийВкино çərçivəsində keçirilir Əlavə məlumat: www.theatreHD.ru

Yaş məhdudiyyəti / Dil

12+
David Bowie is David Bowie is