Frankenstein: Cumberbatch

Tədbir haqqında

Ölkə Böyük Britaniya
İl 2011
Müddət 119 dəq, antraktsız
Dil ingilis (rus subtitrləri)
Janr tamaşa
Yaş məhdudiyyəti 18+

Meri Şellini motivləri əsasında unudulmaz ekstravaqant Denni Boylun Theatre HD tamaşası layihəsinin əsas hitlərindən biri olaraq qalmaqdadır. “Frankenşteyn” – Conni Li Millerə varlıq rolundaBenedikt Kamberbetçə onun yaradıcısı rolunda baxmaq üçün ünikal şansdır. Amma təkcə bu yox: bu həm də rollarını dəyişən aparıcı Britaniya aktyorlarını görmək imkanıdır.

National Theatre Live layihəsi

Kral Milli Teatrının tamaşası

Onuncu illərin əvvəlləri Denni Boylun karyerasında eksperimentlər zamanı oldu. 2012-ci ilin yayında o, planetin teleauditoriyasına ən möhtəşəm işini - London Olimpiadasının açılışını göstərdi. Buna qədər isə 2011-ci ilin qışında “Frankeşteyn”lə qalib kimi teatra qayıtdı. Əslində Boyl teatr rejissoru kimi karyerasına başlayıb, o, “Royal Korte”də bir neçə tamaşa, Kral Şekspir Şirkətində isə beş tamaşa qoydu.

Olimpiadanın açılışı mərasimi kimi, “Frankeşteyn”, Boyl-konseptualistin triumfu oldu. “Frankeşteyn”in səhnə adaptasiyasına müəllif qismində dramaturq Nika Diri cəlb edən rejissor dahi yanaşma düşünüb – Kamberbetç və Li Milleri varlıq və doktor rollarında növbələşdirmək.

Ciddi maliyyə bonusu ilə yanaşı bu ideya özündə inqilabi bədii ölçü daşıyır. Boyl hər axşam insan və bədheybəti darayaraq, aktyorları məcbur edir ki, bir dərini çıxarıb, digərinə girməyə məcbur edir. Bununla da Boyl səhnə həqiqətinin unikal stereo-effektini yaradaraq, onun bir mənalılığını ləğv edir vəbaş verən hadisələr, o cümlədən həyatın özünə təbii çoxobrazlı baxış bucağını bərpa edir.

Kamberbetç və Li Miller rollarını dəyişərək, yüksək aktyorluq məharəti göstərirlər: çətin təsəvvür etmək olar ki, tamaşaçılardan kimsə tamaşanın variantlarından birinə baxandan sonra ikinci dəfə gəlmək istəməyəcək. Belə bir fikir var ki, Li Miller-varlıq ikisindən də ən parlağıdır, Kamberbetç isə doktor rolunda orqanikdir. Bu təsdiqlə razılaşmaq, yaxud onu rədd etmək üçün hər iki rolu görmək lazımdır. Təəccüblü deyil ki, aktyorlar öz aralarında iki əsas London mükafatlarına bölünüblər – Lourens Olivye Mükafatı və Evening Standard qəzetinin Mükafatı.

Tamaşa özünün sçenoqrafiyası ilə unikaldır: dizayner Mark Tildesli tərəfindən qurulmuş dairəvi səhnə, o cümlədən onun tərəfindən düşünülmüş modernist rekvizit həmişə yaddaşda ilişib qalır. Tamaşanın musiqisini Boylun daimi saundtrekçiləri tərəfindən yazılıb, Underworld elektron dueti, ikinci dərəcəli rollarda isə çoxlu məşhur simaları görmək mümkündür. Ilk növbədə bondiananın ulduzu Naomi Harrisi Elizabet rolunda və səhnənin valli veteranı Karl Consonu kor De Leysi rolunda.

rejissor – Denni Boyl
rəssam – Mark Tildesli
kostyum üzrə rəssam – Suttirat Enn Larlarb
İşıq üzrə rəssam – Bruno Poet
Səs rejissoru – Mayk Uolker
Musiqi – Underworld
İştirak edənlər və ifaçılar:
Viktor Frankenşteyn – Benedikt Kamberbetç
Varlıq –Conni Li Miller
Elizabet, Viktorun nişanlısı – Naomi Harris
Viktorun atası – Corc Harris
Qretel / Klaris– Ella Smit
De Leysi, kor alim – Karl Conson
Aqata – Lizzi Unkler
Yuen – Con Stal
Reb – Mark Armstronq
Feliks – Deniel Millar

Mükafatlar

Olivye Lourens mükafatı -
Lourens Olivye Mükafatı ən yaxşı aktyor (Benedikt Kamberbetç və Conni Li Miller), ən yaxşı işıq həlli (Bruno Poet)

Evening Standard qəzetinin teatral mükafatı - ən yaxşı aktyor (Benedikt Kamberbetç və Conni Li Miller)

Teatr tənqidçilərinin mükafatı - ən yaxşı kişi rolu (Benedikt Kamberbetç)

Yaş məhdudiyyəti / Dil

18+
Frankenstein: Cumberbatch Frankenstein: Cumberbatch