Ölkə: Böyük Britaniya
İl: 2019
Müddət: 87 dəqiqə
Dil: ingilis
Janr: sənədli
Yaş məhdudiyyəti: 18+
Rejissor: Denholm Hyulett
Sinopsis
Gorillaz Productions, Eleven, Trafalgar Releasing və Warner Music Entertainment ilə müştərək çəkilmiş “GORİLLAZ: Rədd olsun saxta ehkamlar” filmi Gorillazın yaradıcıları Deymon Albarna və Ceymi Hyulettanın, The Twilite Tone of D /\ prodüserləri Remi Kabaki və Ceyms Fordun studiya və səhnə həyatlarının sənədli xronikasıdır. Ekranda bütün hər yaşda və üslubda olan ulduzları görmək mümkündür: Vins Steypls, Jan-Mişel Jarr, De La Soul, D.R.A.M., Pusha T, Peven Everet, Lits Smiz, Ceymi Prinsipl, Yasin Bey, Bootie Brown, Şeyk Tidian Sek, Qrem Kokson, Polin Blek, Zebra Kaç, Denni Braun, Ben Mendelson, Kelela, Cenni Bet, Hypnotic Brass, Cunior Den, Şon Rayder, Mevis Stepls, Sidiki Diabate və Noel Hallaher.
Rejissor-debütant Denholm Hyulett iki böyük albom – Humaz və The Now Now albomları vasitəsilə 3 il ərzində qrupun hər addımını izləyib. Rejissorun xüsusi diqqətində Gorillazın bu gün də iddialı olan dünya turnesi dayanıb. Turne Avropa, Şimali Cənubi Amerika, Meksikanı əhatə etmiş və Böyük Britaniya və ABŞ-da Deymon Dayz festivalı ilə sona çatmışdı. Nəticədə Hyulett Gorillaz kainatına və onların geniş ailəsinə tam daxil olmağa müvəffəq olmuş və virtual dünyanın gerçək dünya ilə rastlaşdığı, unikal kadrlarla zəngin olan film yaratmışdır. Gorillazın möhtəşəm dördlüyü Merdok (bas), Nudl (gitara), Rassel Hobbs (zərb alətləri) və 2D (voka) – həyatın unikal xaosunu yaradır və onda şadyanalıq edirlər.