Green Book

Tədbir haqqında

İl: 2018
Ölkə: ABŞ
Rejissor: Piter Farrelli
Rollarda: Viqqo Mortensen, Maherşala Ali, Linda Kardellini, Sebastyan Maniskalko
Janr:  dram, komediya, bioqrafik Müddət: 130 dəq.
Yaş: 16+
 
Caz üslubunda roud-muvi. Real hadisələr əsasında və ən xeyirxah niyyətlərlə!
1962-ci il. Don Şirli afroamerikalı cazmendir, ötən əsrin 60-cı illərində isə afroamerikalıların ABŞ-da hüquqları heç də ürəkaçan deyildi, baxmayaraq ki, azadlıq ölkəsinin sakinləri idilər. Turne dövründə virtouz-pianoçunun dəyərli barmaqları zədələnə bilərdi. Buna yol verməmək üçün Şirli sürücü qismində (mahiyyət etibarilə cangüdən) əlində Yaşıl kitabın olduğu Boşboğaz ləqəbli Toni Vallenlonqu işə götürmüşdü. Hər il yenilənən bələdçi kitab qaradərili avtomobilçiləri nisbətən təhlükəsiz və irqi ayrıseçkiliyin tüğyan etdiyi qətiyyən təhlükəsiz olmayan yerlər barədə məlumatlandırırdı.
Qətiyyən bir-birinə oxşamayan, möcüzələr ölkəsi Amerika ilə ortaq cəhətləri olmayan iki insanın müştərək səyahəti, dostluğun əsasını qoyur.
Piter Farrellinin (həmin rejissordur ki, qardaşı ilə birlikdə “Əfəldən də əfəl”, “Şərin sevgisi” və digər inanılmaz komediyalar çəkmişdi) yeni filminin dünya premyarası Toronto festivalında olub.
Festival qeyri-müsabiqə əsaslıdır, amma buna baxmayaraq, mükafat tamaşaçı səsverməsinin nəticələrinə əsasən təqdim olunur. “Yaşıl kitab” qalib gəldi, çünki onun cazibəsi qarşısında dayanmaq mümkün deyildi. Bəs necə: baş rollarda görkəmli xarizmatiklər Viqqo Mortensen və “Ay işığı”ndakı (Moonlight, 2016) işinə görə “Oskar” Mükafatı almış Maherşala Ali çıxış edirdilər.
 
Mükafatlar və festivallar:
 
“Oskar” Mükafatı – Ən yaxşı film, ikinci planda ən yaxşı kişi rolu, ən yaxşı ssenari
“Qızıl Qlobus” Mükafatı – Ən yaxşı film (komediya, yaxud müzikl), ən yaxşı ssenari, ikinci planda ən yaxşı kişi rolu
“BAFTA” Mükafatı –İkinci planda ən yaxşı kişi rolu
“Critics' Choice” Mükafatı – İkinci planda ən yaxşı kişi rolu
“Sputnik” Mükafatı nominasiyası – Ən yaxşı ssenari
Toronto Beynəlxalq Kinofestivalı – “GroschPeople'sChoice” Mükafatı
Toronto Beynəlxalq Kinofestivalı – Hollivud Kinomükafatı prizi - ən yaxşı ssenarist, Ən yaxşı aktyor ansamblı
NBR Mükafatı – Ən yaxşı film, Ən yaxşı kişi rolu
Palm-Sprinqs Beynəlxalq Kinofestivalı – “Chairman'sVanguardAward” prizi
Fiadelfiya Beynəlxalq Kinofestivalı – Tamaşaçı simpatiyası prizi
Sent-Luis Beynəlxalq Kinofestivalı - Tamaşaçı simpatiyası prizi
Denver Beynəlxalq Kinofestivalı – Ən yaxşı film (tamaşaçıların fikrincə görə)
Ostin Beynəlxalq Kinofestivalı - Tamaşaçı simpatiyası prizi
Boston Beynəlxalq Kino festivalı - Ən yaxşı film, Ən yaxşı kişi rolu
Hartlend Beynəlxalq Kinofestivalı – Ən yaxşı film
Midlberq Beynəlxalq Kinofestivalı - Tamaşaçı simpatiyası prizi
Mill-Velli Beynılxalq Kinofestivalı - Tamaşaçı simpatiyası prizi
Yeni Orlean Beynəlxalq Kinofestivalı - Tamaşaçı simpatiyası prizi
Virciniya Beynəlxalq Kinofestivalı - Tamaşaçı simpatiyası prizi
HMMA Mükafatı nominasiyası – Ən yaxşı musiqi

Yaş məhdudiyyəti / Dil

16+
Green Book Green Book